PREDUKTAL MR

17.15 AZN
Təsvir İstifadə qaydası Tərkibi
PREDUKTAL MR
GÖSTƏRİŞLƏR :

Bu dərman preparatı stenokardiyanın ( ürəyin tac damarlarında pozğunluq nəticəsində döş qəfəsində ağrı ) müalicəsində digər

dərman preparatları ilə kombinə olunmuş şəkildə qəbul üçün nəzərdə tutulmuşdur.

ƏKS GÖSTƏRİŞLƏR :

·  əgər trimetazidin və ya bu preparatın hər hansı digər komponentinə qarşı allergiyanız varsa

·  əgər parkinson xəstəliyiniz varsa : bu, beynin hərəkətə təsir göstərən pozğunluğudur

·  əgər sizdə ağır böyrək pozğunluğu varsa

HAMİLƏLİK VƏ SÜDVERMƏ DÖVRÜ :

Hamiləlik ərzində bu preparatı qəbul etməmək tövsiyə olunur.Əgər preparatı qəbul etdiyiniz müddət ərzində hamiləlik baş

verərsə, bu barədə müalicə həkiminizlə məsləhətləşin, belə ki, preparatla müalicənin davam etdirilib – etdirilməyəcəyinə dair

yalnız o qərar verə bilər.

Preparatın ana südü ilə ifraz olunmasına dair məlumatlar olmadığına görə, südvermə  ərzində Preduktal MR 35 mq

preparatının qəbulu tövsiyə olunmur.

ƏLAVƏ TƏSİRLƏR :

Bütün dərman preparatları kimi, bu preparatın da əlavə təsirləri var, lakin bunlar hamıda müşahidə olunmaya bilər.
 
Tabletin tərkibində 35 mq trimetazidin dihidroxlorid vardır.

Köməkçi maddələr : kalsium – hidrofosfat dihidrat, hipromelloza, povidon, susuz kolloidal silisium 4 – oksid, maqnezium stearat,

titan – 4 oksid, qliserol, makroqol 6000, qırmızı dəmir oksidi.