KARMETADİN

11.28 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KARMETADİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Kardiologiya :

- ürəyin işemik xəstəliyinin uzunmüddətli müalicəsi : monoterapiya zamanı stenokardiya tutmalarının qarşısının alınması və ya

digər preparatlarla birlikdə istifadəsi

Otolarinqologiya :

- işemik mənşəli koxleo – vestibulyar pozulmaların müalicəsi : başgicəllənmə, qulaqlarda küy, hipoakuziya.

Oftalmologiya :

- işemiya elementlərilə xorioretinal pozulmalar :

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq

- hamiləlik və laktasiya dövrü

- parkinson xəstəliyi, pakinson simptomları, tremor, ʺnarahat" ayaqlar sindromu və onlarla bağlı digər hərəki pozğunluqlar

- 18 yaşa qədər uşaqlar

- ağır böyrək çatışmazlığı

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərdə müəyyən edilmişdir.

Həzm sistemində : tez – tez – qarın nahiyəsində ağrı, diareya, dispepsiya, ürəkbulanma, qusma : məlum olmayan tezlik –

qəbizlik.

Ümumi pozğunluqlar : tez – tez – asteniya

Mərkəzi sinir sisteminə : tez – tez başgicəllənmə, baş ağrısı : məlum olmayan tezlik – parkinsonizm simptomları, romberq

pozasının dayanıqsızlığı və "sərxoşʺ yerişi,  ʺ narahat " ayaqlar sindromu, onlarla bağlı olan digər hərəki pozğunluqlar, yuxunun

pozulması.


DOZA HƏDDİNİN AŞILMASI :

Trimetazidinin doza həddinin aşılması barədə yalnız məhdudlaşdırılmış məlumat vardır.Doza həddi aşıldığı halda simptomatik

müalicə aparmaq lazımdır.

Təsiredici maddə : trimetazidin dihidroxlorid 35 mq.

Köməkçi maddələr : susuz kalsium hidrofosfat, susuz kolloidal silisium dioksid, polietilenoksid, povidon, ksantan kitrəsi,

maqnezium stearat.