MEKSIDOL 5 ML

16.48 AZN
Təsvir İstifadə qaydası Tərkibi

Rəngsiz və ya cüzi sarımtıl şəffaf maye, 2 ml-lik və 5 ml-lik ampullarda.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-          Beyin qan dövranının kəskin pozulmaları;

-          Kəllə-beyin travması, kəllə-beyin travmalarının fəsadları;

-          Dissirkulyator ensefalopatiya;

-          Vegetativ distoniya sindromu;

-          Aterosklerotik mənşəli yüngül koqnitiv pozğunluqlar;

-          Kəskin miokard infraktı, kompleks müalicənin tərkibində;

-          Müxtəlif mərhələdə ilkin açıqbucaqlı qlaukoma, kompleks müalicənin tərkibində.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Qaraciyər və böyrək funksiyalarının kəskin pozulmaları, preparata qarşı yüksək fərdi həssaslıq. Uşaqlarda, hamiləlik və laktasiya dövründə. Meksidol preparatının istifadəsinin təhlükəsizliyinə dair ciddi nəzarətli klinik müayinələr aparılmayıb.

 

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Tək-tək hallarda, xüsusilə sulfitlərə qarşı yüksək həssaslığı olan bronxial astmalı xəstələrdə ağır hiperhəssaslıq reaksiyalarının əmələ gəlməsi mümkündür.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Venadaxili və ya əzələdaxili istifadə edilir. İnfuziya üsulu ilə yeritmə zamanı Meksidol 0,9%-li natrium xlorid məhlulunda həll olunmalıdır. Maksimal sutkalıq doza 1200 mq-dan çox olmamalıdır.  Alkoqol abstinent sindrom zamanı Meksidol sutkada 2-3 dəfə 200-500 mq dozalarla 5-7 gün ərzində venadaxili və ya əzələdaxili yeridilir. Kəskin ödemli pankreratit zamanı meksidol sutkada 3 dəfə 200-500 mq dozalarla venadaxili damcı üsülu ilə ( 0,9%-li natrium xlorid məhlulunda ).

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Ürəkbulanma və ağız boşluğunun selikli qişasının quruluğu, yuxuyameyillik, allergik reaksiyaların yaranması mümkündür.

 

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması zamanı yuxayameyillik əmələ gələ bilər.

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır.

Köməkçi maddələr: natrium metabisulfit, inyeksiya üçün su.