MIELOMIKS 2 ML

8.34 AZN
Təsvir İstifadə qaydası Tərkibi

Qırmızı rəngli şəffaf mayedir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Qidalanmanın korrerksiyası ilə aradan götürülməyən, B qrup bitamin çatışmazlığı sayəsində inkişaf etmiş müxtəlif mənşəli nevroloji pozğunluqlar.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Dərman vasitəsinin tərkibində və digər amid tərkibli yerli anesteziya vasitələrinə qarşı yüksək həssaslıq, anamnezdə lidokain yeridilməsi ilə bağlı meydana çıxan epilepsiya bəznər qıcolmaların olması, II və III dərəcəli AV-blokada, sinus düyününün zəifliyi sindromu, Volf-parkinson_Uayt sindromu, Adams-Stoks sindromu, ürək çatışmamazlığının ağır formaları, qabarıq arterial hipertoniya, bradikardiya, kardiogen, şok, ürəyin tam köndələn blokadası; miasteniya; hipovolemiya; porfiriya; ağır böyrək və ya qaraciyər çatışmamazlığı, hamiləlik, laktasiya dövrü və 12 yaşa qədər uşaqlar.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Ağır hallarda və kəskin ağrılarda gündə 1 dəfə 2 ml dozada əzələdaxili təyin edilir. Kəskinləşmə keçib getdikdə və xəstəliyin yüngül formalarında həftədə 2-3 inyeksiya lazımdır. Müalicənin davam etdirmək üçün daxilə qəbul üçün dərman forması istifadə edilir.

Həkimin gündəlik nəzarəti məsləhət görülür.

Lidokainin istifadəsindən öncə dərman vasitəsinə fərdi həssaslığın olub olmadığını təyin etmək üçün dəri sınağı qoyulmalıdır. İnyeksiya yerində ödem və qızartının olması həssaslığın olduğunu göstərir.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyalar: çox nadir hallarda – qaşınmanın, övrə, tənəffüsün çətinləşməsi, Kvinke ödemi, anafilaktik şok. Digər: nadir hallarda – yüksək tərləmə, taxikardiya, civzəli səpgiləri.

Doza həddinin aşılmasında və ya çox sürətli parenteral yeridilməsində başgicəllənmə, ürəkbulanma, aritmiya reaksiyaları əmələ gəlməsi mümkündür.

 

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: preparatın çox sürətli yeridilməsi zamanı başgicəllənmə, aritmiya, qıcolmalar əmələ gələ bilər, bu əlamətlər həmçinin doza həddinin aşılmasının simptomları ola bilər.

Təsiredici maddələr: 2 ml məhlulun tərkibində 100 mq tiamin-hidroxlorid, 100 mq piridoksin-hidroxlorid, 1 mq sianokobalamin, 20 mq lidokain-hidroxlorid vardır.

Köməkçi maddələr: benzil spirti, natrium tripolifosfat, kalium heksasianoferrat, natrium-hidroksid, inyeksiya üçün su.