Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

De-Nol

24.07 AZN
De-Nol
Göstərişləri:

- mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə fazası;
- xroniki qastrit və qastroduodenitin kəskinləşmə fazası;
- diareya əlamətlərinin üstünlüyü ilə keçən qıcıqlanmış bağırsaq sindromu;
- MBT-nın orqanik xəstəlikləri ilə bağlı olmayan funksional dispepsiya;

Əks göstərişlər:

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- böyrək funksiyalarının aydın ifadə olunmuş pozğunluğu;
- hamiləlik və laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 1 tabletdən gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl və yatmazdan öncə və ya 2 tabletdən gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl.
8-12 yaş arası uşaqlar: 1 tabletdən gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl.
4-8 yaş arası uşaqlar: 8 mq/kq/sut, sutkalıq doza 2 qəbula bölünür və yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Müalicə kursunun müddəti – 4-8 həftədir. Növbəti 8 həftə ərzində vismut tərkibli preparatları qəbul etmək məsləhət deyil.

Əlavə təsirləri:

Həzm sistemi tərəfindən: ürəkbulanma, qusma, diareya, qəbizlik.
Allergik reaksiyalar: dəri səpgisi, qaşınma.
MSS-i tərəfindən: uzun müddət yüksək dozalarda istifadə etdikdə -MSS-də vismutun toplanması ilə bağlı ensefalopatiya.



 

Hər tabletin tərkibinə 304,6 mq vismut trikalium disitrat daxildir.