TONZİLAMİN-AF

1.98 AZN
Təsvir İstifadə qaydası Tərkibi
TONZİLAMİN-AF
İstifadəsinə göstərişlər
Ağız boşluğu və boğazın iltihabi xəstəlikləri:
- tonzillit, angina, faringit, laringit;
- gingivit, qlossit, stomatit (həmçinin şüa və kimyəvi terapiyadan sonra);
- parodontoz, periodontal xəstəlikləri;
- kandidoz (kombinə olunmuş müalicənin tərkibində);
- dişlərin konservativ müalicəsində və diş çəkilişindən sonrakı dövr üçün müalicəyə əlavə vasitə;
- zədələrdə və cərrahi əməliyyatdan sonrakı müaiicədə köməkçi vasitə kimi (tonzillektomiya, çənə sınıqları);
- tüpürjək vəzilərinin kalkulez iltihabı.
 
İstifadə qaydası:
Ağrını azaltmaq üçün preparatdan 15 ml (1 xörək qaşığı) götürüb boğaz və ya ağız boşluğu 30 saniyə ərzində qarqara edilir. Hər 1.5-3 saatdan bir təkrarlanır. Preparat əsasən qatı şəkildə istifadə edilir. Əgər yandırıcı təsir müşahidə olunsa, su ilə durulaşdırıb istifadə etmək oiar.
Əks göstərişi:
- benzidaminə qarşı yüksək həssaslıq;
- 12 yaşa qədər uşaqlar.
Buraxılış şərti: Reseptsiz buraxılır.
Saxlanılma şəraiti: 15-30°C temperaturda, işıqdan və donmadan qorumaqla.



Tərkibi:
100 ml məhlulda vardır: Benzidamin hidroxlorid - 150 mq.
Köməkçi maddələr: nipagin, mentol, natrium saxarinat, natrium bikarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu.