AMLOKARD 5 mq

2.54 AZN
Təsvir İstifadə qaydası Tərkibi
AMLOKARD 5 mq
İsitfadəsinə göstərişlər
Amlodipin arterial hipertenziya zamanı istifadə olunur vəəksər hallarda monoterapiya şəklində istifadə oluna bilər. Ehtiyac olduqda amlodipin tiazid diuretikləri ilə, beta-adrenoblokatorlarla və AÇF-inhibitorları ilə birgə istifadə oluna bilər. Amlodipin həmçinin, stabil və angiospastik stenokardiyalar (Prinsmetal stenokardiyası və ya variant stenokardiya), o cümlədən koronar angiospazmlarda və ya angiokonstriksiyalarda istifadə olunur. Amlodipin kliniki cəhətdən angiospazmın/angiokonstriksiyanın mövcudluğu mümkün olduqda, bu cür spazmların mövcudluğu dəqiq təyin edilmədikdə, monoterapiya kimi və ya digər antianginal dərman vasitələri ilə birgə istifadə oluna bilər.   

Əks göstərişlər
Dihidropiridinlərə qarşı yüksək həssaslıq olduqda amlodipindən istifadə etmək olmaz.

İstifadə qaydası və dozası
Hipertenziyada olduğu kimi stenokardiyalar zamanı amlodipinin başlanğıc gündəlik orta dozası 5mq-dır. Xəstənin fərdi reaksiyasından asılı olaraq, həmin dozanı maksimum həddə - 10mq-a qədər yüksəltmək olar. Tiazid diuretikləri ilə, beta-adrenoblokatorlarla və AÇF inhibitorları ilə birgə istifadə zamanı amlodipinin dozasına düzəliş etmək tələb olunmur.

Əlavə təsirləri
Klinik tədqiqatlara əsasən Amlodipinin gündəlik dozası 10mq-a qədər olduqda preparat yaxşı həzm olunur. Preparatın əlavə təsirləri əsasən yüngül və qısamüddətli olur. Xəstələrin 1,5%-dəəlavə təsirlərin müşahidə olunması iləəlaqədar olaraq preparatın qəbulu dayandırıldıqdan sonrakı nəticə plasebonun qəbulunun dayandırılmasından sonrakı nəticədən fərqlənmir.

Əksər hallarda müşahidə olunan əlavə təsirlər - başağrıları və ödemlərdir.Dozadan asılı olan əlavə təsirlər- ödemlər, başgicəllənmələr, üzün qızarması və güclü ürək döyünmə 1% xəstələrdə müşahidə olunan və səbəbləri məlum olmayan əlavə təsirlər: baş ağrıları, yorğunluq, ürəkbulanma, qarın ağrıları, yuxuyameyllik.

Ödemlər, üzün qizarması, güclüürəkdöyünmə və yuxuyameyllik kişilərdən daha çox qadınlarda müşahidə olunur. 0,1%-dən çox və 1%-dən az xəstələrdə müşahidə olunan əlavə təsirlər (preparatın qəbulu ilə nə dərəcədə bağlı olması müəyyən edilməyib): aritmiyalar (o cümlədən mədəciklərin taxikardiyası və qulaqçıqların fibrillasiyası), bradikardiya, döş nahiyəsində ağrılar, hipotenziya, periferik işemiya, urəkgetmə, postural hipotenziya, damarların iltihabı, periferik nevropatiya, paresteziya, tremor, başgicəllənmə, anoreksiya, qəbizlik, dispepsiya, udqunmanın çətinləşməsi, diareya, meteorizm, pankreatit, qusma, dişətinin hiperplaziyası, allergik reaksiyalar, asteniya, qəfil istilik, nasazlıq, ağrılar, kütlənin artması, artralgiya, artroz, əzələ qıcolmaları, mialgiyalar, cinsiyyət orqanlarının disfunksiyası, yuxusuzluq, əsəbilik, depressiya, anormal yuxular, qorxu hissi, təngnəfəslik, burun qanaxmaları, angionevrotik ödemlər, çoxsaylı qızartılar, səpmə, eritematoz səpgilər, görmə funksiyalarının pozulması, konyunktivit, göz ağrıları, qulaqlarda küy, sidiyin saxlana bilməməsi, nokturiya, ağızda quruluq, tərləmələrin artması, hiperqlikemiya, susuzluq, leykopeniya, qurdeşənəyi, trombositopeniya.

Xəstələrin 0,1%-də müşahidə olunan əlavə təsirlər ürək çatışmazlığı, ürək döyünmələrinin pozulması, ekstrasistoliyalar, dəri piqmentasiyasının pozulması, övrə, dərinin quruluğu, alopesiya, dermatit, əzələ atrofiyaları, əsəb tiki, ataksiya, hipertoniya, miqren, soyuq və islanmış dəri, apatiya, narahatlıq, amneziya, qastrit, yüksək iştaha, bağırsaq funksiyasının zəifləməsi, öskürək, rinit, dizuriya, poliuriya, iybilmə və dad hisslərinin pozulması, gözlərin anormal akkomodasiyası və kseroftalmiya.

Amlodipinlə müalicədən sonra xəstələrin laborator analizlərinin nəticələrində klinik dəyişikliklər olmur. Klinik cəhətdən əhəmiyyətli olan kaliumun və qlükozanın qan zərdabında, triqliseridlərin, total xolesterinin, sidik turşusunun, sidik cövhərinin azotunun və kreatininin ümumi miqdarının dəyişilməsi müşahidə olunmur.Amlodipin ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri, ürək çatışmazlığı, damarların periferik xəstəlikləri, şəkər xəstəliyi və lipidlərin anormal profili kimi xəstəliklər zamanı istifadə olunur.Arzuolunmaz təsirlər meydana çıxdıqda həkimə müraciət etmək lazımdır!

Təsiredici maddə: 1 tabletin tərkibində 5mq Amlodipin-bezilat vardır

Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium- stearat, susuz kalsium hidrofosfat, natrium nişasta qlikolyatı.