DEPANTOL (şam)

DEPANTOL (şam)

13.62 AZN
Ağ və ya bozumtul, yaxud da sanmtıl çalarlı ağ, torpedaşəkilli formaya malik suppozitoriyalar.

Səthin mərmərliliyi yolveriləndir.
İstifadəsinə göstərişlər:

Kəskin və xroniki vaginitlərin; endo/ekzoservisitlərin, o cümlədən, uşaqlıq boynu ektopiyası ilə ağırlaşmış endo/ekzoservisitlərin müaliəsi.

Spesifik mənşəli həqiqi uşaqlıq boynu eroziyalarının müalicəsi (kompleks terapiyanın tərkibində).

Preparat uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişasının regenerasiyasının yaxşılaşdırılması üçün, destruktiv müalicə metodlarından (diatermokoaqulyasiya, kriodestruksiya, lazerodestruksiyadan) sonra, əməliyyatdan, doğuşdan sonrakı dövrdə.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Depantol preparatının hamiləlik və laktasiya dövründə istifadəsinə icazə verilir.

İstifadə qaydası və dozası:

İntravaginal istifadə olunur. İstifadədən öncə suppozitoriya konturlu qablaşdırılmadan çıxarılır.

7-10 gün ərzində sutkada 2 dəfə 1 suppozitoriya daxil etməli.

Lazım gələrsə, müalicə kursunun 20 günədək uzadılması mümkündür.

Əlavə təsirləri:

Preparatın istifadəsi dayandırıldıqdan sonra keçən allergik reaksiyalar, göynəmə, yanma hissi mümkündür.


 



Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 100% maddə hesabı ilə 0,1 q dekspantenol (D- pantenol), 0,016 q xlorheksidin biqlükonat (xlorheksidin biqlükonat 20%-li məhlul şəklində istifadə olunur) vardır.

Köməkçi maddələr: suppozitoriya əsası - makroqol-1a500 (polietilenoksid-1500) - (92-98)%, makroqol-400 (polietilenoksid-400).
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.