FRENAG (gel)

FRENAG (gel)

5.94 AZN
Təsviri: Sarı rəngli özlü gel
İstifadəsinə göstərişlər 

- Dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, osteoartrit, periartrit, psoriatik artrit, ankilozlaşan spondiloartrit, osteoartroz, kökcük

sindromu ilə müşayiət olunan osteoxondroz, podaqra)

- Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit)

- Revmatik və qeyri-revmatik mialgiyalar

- Dartılma, əzilmə və sınıqlarla müşayiət olunan yumşaq toxuma zədələnmələrinin yerli müalicəsi

Əks göstəriş

12 yaşdan aşağı uşaqlara təyin olunmamalıdır.

İstifadə qaydasi və dozasi 

Gündə 2-3 dəfə təxminən 3q olmaqla nazik təbəqə şəklində çəkilir və dəri tərəfindən tamamilə sorulanadək ovuşdurulur. Tətbiq olunan gelin

miqdarı ağrılı və şişkin nahiyənin ölçüsündən asılı olaraq dəyişir. Frenaq gel adətən 7-15 gün müddətində təyin olunur. Həkiminiz, yaxud

əczaçı sizə dozanı təyin etməkdə kömək göstərə bilər.

Gel tətbiq edilmiş nahiyəni sıxıcı sarğı ilə örtmək olmaz.

Əgər dozanı istifadə etməyi unutsanız, xatırladıqda bir qədər istifadə edin. Tələb olunan miqdarı isə növbəti dəfəyə saxlayın. Unutduğunuz

halda ikiqat doza tətbiq etməyin.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Geldən istifadə etdikdən sonra dərhal tubun qapağını bağlayın.

Aptekdən buraxilma şərti : Resept əsasında buraxılır.
Tərkibi

Təsiredici maddə: Nimesulid 1% (10 mq/q)

Köməkçi maddələr:təmizlənmiş su, makroqol 400, propilen qlikol, karbomer 960 və spirt (etanol 96%).


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.