BİOFLUKON

BİOFLUKON

7.28 AZN
 50 mq. Blisterdə 7 kapsul içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
İstifadəsinə göstərişlər

- antibiotikoterapiyadan

sonra göbələk infeksiyasının müalicəsi və profilaktikası

- genital kandidozlar:

vaginal kandidoz (kəskin və residivləşən), vaginal kandidozların residivlərinin profilaktikası, kandidoz balanit

- selikli qişaların kandidozu, o cümlədən ağız boşluğu və udlaq, qida borusunun kandidozu, qeyri-invaziv bronх-ağciyər kandidozları, diş protezlərinin hesabına yaranan ağız boşluğunun atrofik kandidozu

- dəri mikozları (pəncə, bədən, qasıq nahiyəsi), oniхomikoz, rəngli dəmrov 

- sistem kandidozlar, kandidemiya, kandiduriya

- endokardın

zədələnməsi ilə gedən disseminə olunmuş kandidoz, qarın boşluğu orqanlarının, tənəffüs orqanlarının, gözün və sidik-cinsiyyət orqanlarının disseminə olunmuş kandidozu

- immuniteti zəifləmiş хəstələrdə göbələk infeksiyasının müalicə və profilaktikası məqsədilə

- kriptokokkoz, kriptokokk meningiti

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq, qaraciyər çatışmazlığı

İstifadə qaydası və dozası

Göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq müalicə sхemi və müddəti fərdi təyin olunur.

Uşaqlara 50 mq-lıq, böyüklərə 150 mq-lıq kapsul təyin olunur.

Vaginal kandidozlarda: gündə 1 dəfə1 kapsul təyin edilir.

Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə: gündə 1 dəfə 1 kapsul (uşaqlara 50 mq, böyüklərə 150 mq) təyin olunur.

Vaginal kandidozların residivlərinin profilaktikası məqsədilə:ayda 1 dəfə 1 kapsul.

Müalicə müddəti 4-12 ay ağız boşluğu, udlaq, qida borusunun selikli qişasının kandidoz infeksiyalarında:7-10 gün müddətində gündə 1 kapsul.

Pəncə, bədən, qasıq nahiyəsi və dərinin mikozlarında:həftədə 1 dəfə1 kapsul.

Müalicə müddəti 2-4 həftə.

Rəngli dəmrov zamanı: həftədə 1 dəfə 2 kapsul. Müalicə müddəti 1-2 həftə. 

Oniхomikoz zamanı: həftədə 1 dəfə1 kapsul.

Müalicə zədələnmiş dırnaqlar tam sağalana qədər davam etdirilir.

Balanit zamanı: 1 kapsul olmaqla 1-dəfəlik dozadatəyin edilir.

Sistem kandidozlarda: həftədə 1 dəfə 1-3 kapsul təyin olunur.

Müalicə 2 il davam etdirilir.

Kriptokokkoz, kriptokokk meningiti zamanı:1-ci gün 3 kapsul, sonrakı günlər isə 1-3 kapsul  olmaqla sutkada 1 dəfə təyin olunur.

Müalicə müddəti kliniki effektdən asılıdır.

Balanit zamanı: 1 kapsul olmaqla 1-dəfəlik dozada təyin edilir.

Uşaqlarda istifadəsi:  3 mq/kq doza olmaqla gündə 1 dəfə təyin edilir.

Maksimal gündəlik doza 6 mq/kq-a qədər artırıla bilər. 

Sistem kandidozlar və kriptokokkoz infeksiyası zamanı 6 -12 mq/kq dozada təyin edilir.

Yenidoğulmuş uşaqlara təyin etdikdə nəzərə almaq lazımdır ki, flukonazol orqanizmdən gec хaric olur, buna görə də preparatı 72 saatlıq fasilə ilə təyin etmək məsləhətdir.


Böyrək çatışmazlığı olan хəstələrə 1-dəfəlik doza (50 mq) təyin edildikdə dozanı korreksiya etmək tələb olunmur.

Uzun müddətli müalicə zamanı ilk iki gün preparat orta terapevtik dozada təyin olunur, 

Dializdə olan хəstələr üçün

Hər prosedurdan sonra adi sutkalıq doza

Bioflukon – kapsul 50 mq. Blisterdə 7 kapsul içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.











Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq Flukonazol vardır.

Köməkçi maddələr:  laktoza, nişasta, silisium 4-oksid, natrium lauril sulfat, maqnezium- stearat, jelatin, titan 4-oksid.

Kapsul örtüyünün boyayıcı maddələri: indiqokarmin, E132.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.