AZARGA

AZARGA

19.49 AZN
Təsviri:Ağ suspenziyadan,ağımtıl vahid suspenziyaya qədər.
İstifadəsinə göstərişlər:Açıq bucaqlı qlaukomalı yetkin xəstələrdə gözdaxili təzyiqin (GDT) azalması və ya monoterapiyanın gözdaxili təzyiqin (GDT) enməsinə lazımi dərəcədə təsir göstərməyən xəstələrdə gözdaxili təzyiqin enməsi.
Əks göstərişlər:
-  Beta-adrenoblokatorlara qarşı hiperhəssaslıq. 
-  Sulfamidlərə qarşı hiperhəssaslıq.
-  Bronxial astma və ya bronxial astmanın xəstəlik tarixçəsi və ya kəskin xroniki obstruktiv ağciyər xəstəliyi daxil olmaqla reaktiv tənəffüs yolları xəstəliyi.
-  Sinus bradikardiya ,ikinci və ya üçüncü dərəcəli qulaq-mədəcik (antrioventrikulyar)blokadası,açıq ürək çatışmazlığı və ya kardiogen şok.
-  Kəskin allergik rinit.
-  Kəskin böyrək çatışmazlığı.
-  Hiperxloremik asidoz
İstifadə qaydası və dozası
Öncə flakonu yaxşıca silkələyin!
Nazolakrimal okkluziya və ya iki dəqiqəlik göz qapaqlarını yumduqda,ümumi absorbsiya azalır.Bu sistematik əks təsirlərinin azalması və lokal fəaliyyətin artması ilə nəticələnə bilər.Əgər birdən artıq yerli oftomoloji preparat istifadə edilərsə,həmin preparatlar arasında ən azi 5 dəqiqə fasilə olmalıdır.Göz məlhəmi sonda istifadə edilməlidir.
Damcıtökənin ucluğuna və suspenziyaya infeksiyanın keçməsinin qarşısını almaq üçün flakonun ucluğunun göz qapaqlarına ,ətraf nahiyyələrə və ya digər səthlərə toxunmamasına diqqət edin.
                                                                                               

Tərkibi:1 ml suspenziyanın tərkibində 10 mq brinzolamid və 5 mq timololdan (timolol maleat) ibarətdir . Konservant:1 ml suspenziyanın tərkibi 0,1 mq benzalkonium xloriddən ibarətdir.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.