ALGİKEY

ALGİKEY

6.95 AZN
İnyeksiya üçün Alqikey 1 ml-lik ampulalarda buraxılır.6 ampul karton qutuya qablaşdırılır.
İstifadəsinə göstərişlər:

Zəif və güclü ağrıların qısamüddətli müalicəsi:

Əks göstərişlər

-  Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq;

-  Aorta-koronar,şuntlama cərrahi əməliyyatından sonra ;

-  Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək həssaslıq;

-  Angioödem,bronxospazm və ya burun polipi;

-  Peptik xora;

-  Astma;

-  Yüngül və ya ağır böyrəklərin disfunksiyası ;

-  Laxtalanmada baş verən dəyişikliklər,hemorragik diatez,serebral hemorragiya və ya qanın hemorragiyaya səbəb ola biləcək hər hansı digər

pozğunluğu;

-  Paralel olaraq digər qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu;

-  Tam dozada antikoaqulyat müalicəsi;

-  Probenesid,litiumduzları və pentoksifilinlə paralel müalicə;

-  Hamiləlik,doğuş və laktasiya dövrü;

-  16 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası

Alqikey inyeksiyası ilə müalicə həkimin göstərişi ilə və nəzarəti altında aparılmalıdır.Tövsiyyə olunan əzələ daxili və ya venadaxili başlanğıc

doza 10 mq təşkil edir.Sonra isə inyeksiya ,ağrının nəzarət altına alınmasından asılı olaraq hər 4-6 saatdan bir 10-30 mq dozada təkrar

olunur.Əgər ağrı çox güclüdürsə ,tövsiyə olunan başlanğıc doza 30 mq təşkil edir.Maksimal gündəlik doza böyüklər üçün 90 mq-dan ,qoca

adamlar üçün 60 mq-dan yüksək olmamalıdır.Maksimal müalicə müddəti 2 gündən çox olmamalıdır.Preparat yüksək dozalarda istifadə

olunmamalıdır.Maksimal müalicə müddəti – 2 gün.Əgər orqanizm müalicə prosesinə lazımi reaksiya verərsə həkim müalicə zamanı

ketorolakın tabletlərindən də istifadə edilməsini məsləhət görə bilər.Bu zaman nəzərə almaq lazımdır ki , preparatın inyeksiya dərman forması

ilə tablet dərman formasının gündəlik ümumi dozası böyüklər üçün 90 mq-dan ,qoca adamlar üçün isə 60 mq –dan yüksək

olmamalıdır.Preparatın qəbulu ağrının mövcudluğundan asılıdır.Ağrı aradan qalxan kimi müalicə dayandırılmalıdır.

Uşaqlarda istifadəsi:

Uşaqlara təyin edilməsi tövsiyə olunmur.16 yaşına qədər uşaqlar üçün preparatın təhlükəsizliyi və səmərəliliyi öyrənilməmişdir.Qoca

adamlarda istifadəsi 65 yaşdan yuxarı xəstələr preparatdan istifadə etməzdən əvvə həkimlə məsləhətləşməlidir.

 

Təsiredici maddə:hər ampulada 30 mq ketorolak trometamin vardır. 

Köməkçi maddələr: 100 mq etanol;4,35 mq natrium-xlorid,1 ml-ə qədər inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.