FENİBUT - PHENYBUT

FENİBUT - PHENYBUT

5.24 AZN
Düz silindrik ağ və ya sarılmış ağ rəngli, xətli və faskalı tabletlər.
İstifadəsinə göstərişlər:

Astenik və həyəcan-əsəbilik vəziyyəti, narahatlıq, qorxu, nevroz, psixopatiya, uşaqlarda kəkələmə və tiklər.

Yaşlılarda yuxusuzluq və vahimə olması.

Cərrahi müdaxilə və ağrılı diaqnostik tədqiqatlardan əvvəlki narahatlıq vəziyyətinin profilaktikası.

Menyer xəstəliyi, vestibulyar analizatorun müxtəlif mənşəli disfunksiyası ilə bağlı baş gicəllənmə; kinetozlar zamanı ürəkbulanmanın və başgicəllənmənin profilaktikası.

Alkoqolizmin müalicəsi zamanı yardımçı təsir göstərən vasitələr kimi (abstinent sindrom zamanı psıxopatoloji və somatovegetativ  pozuntuların azaldılması  üçün).

Ümumi qəbul edilmiş  dezintoksikasiya dərman vasitələri ilə kombinasiyalarda alkoqolizm zamanı preparatdan predelirioz və delirioz vəziyyətin müalicəsi üçün istifadə oluna bilər.

Əks göstərişlər:

Hiperhəssaslıq, böyrək çatışmazlığı, hamiləlik, laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Yeməkdən sonra daxilə qəbul edilir.

Böyüklərə gündə 3 dəfə olmaqla 250-500 mq təyin olunur; lazım gələrsə, doza həddi maksimum - 2500 mq-dək artırılır. 8 yaşınadək uşaqlara gündə 3 dəfə 50-100 mq, 8-14 yaş arası uşaqlara gündə 3 dəfə 250 mq. 

Birdəfəlik yüksək doza həddi:

 böyüklər üçün - 750 mq, 60 yaşdan yuxarı şəxslər üçün 500 mq, 8 yaşınadək uşaqlar üçün 150 mq, 8-14 yaş arası uşaqlar üçün 250 mq.

Alkoqolizmdə müalicənin birinci günü abstinent sindromun azaldılması üçün tədricən gündəlik doza həddinin böyüklər üçün adi olan həddədək azaldılması şərti ilə, gün ərzində 3 dəfə və gecə 750 mq. 

Menyer xəstəliyi zamanı, xəstəliyin kəskinləşməsi dövründə 5-7 gün ərzində gündə 3-4 dəfə 750 mq, vestibülyar pozuntuların qabarıqlığı azaldıqda 5-7 gün ərzində gündə 3 dəfə 250-500 mq və daha sonra 5 gün ərzində gündə 2 dəfə 250 mq.

Xəstəlik yüngül keçərsə, 5-7 gün ərzində gündə 2 dəfə 250 mq, daha sonra doza həddi 7-10 gün ərzində gündə 1 dəfə 250 mq-dək azaldılır.

Vestibülyar analizatorun damar və travmatik mənşəli pozuntuları zamanı baş gicəllənmənin qarşısının alınması məqsədilə — 12 gün ərzində sutka boyunca 3 dəfə 250 mq.

Silkələnmənin profilaktikası üçün - nəzərdə tutulan səyahətdən 1 saat əvvəl bir dəfə 250-500 mq (dozadan asılı təsirə malik olur).

Qəbul zamanı xüsusi qeydlər:

Uzunmüddətli qəbul zamanı böyrəklərin funksiyasına və periferik qanın  mənzərəsinə nəzarət etmək lazımdır.

Yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növlərindən uzaq durmaq lazımdır.

Silkələnmə yüksək dərəcədə olduqda zəif təsirə malikdir(davamlı qusma, başgicəllənmə və s.).

Doza həddinin aşılması:

Simptomları: həddən artıq yuxululuq, ürəkbulanma, qusma, böyrəyin piy distrofiyası (7000 mq-dan artıq qəbul etdikdə), eozinofiliya, arterial təzyiqin aşağı düşməsi, böyrəklərin funksiyasının pozulması.

Müalicə: mədənin yuyulması, aktivləşdirilmiş kömür, simptomatik müalicənin təyin edilməsi.
 


Təsiredici maddə: bir tabletin tərkibində 250 mq fenibut vardır. 

Köməkçi maddələr: laktoza monohidrat, kalsium-stearat, kartof nişastası.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.