BİGETRİC

BİGETRİC

12.66 AZN
Təsviri:Blistirdə 20 həb karton qutuda yerləşdirilir.
İstifadəsinə göstərişlər:

1.Mədənin boşalmasının ləngiməsi fonunda baş verən dispeptik simptomlar
-  Requrgitasiya,hıçqırıq;
-  Mədədə dolma hissi,epiqastral nahiyənin yuxarı hissəsində ağrının olması ;
-  Gəyirmə ,meteorizm;
-  Ürəkbulanma,qusma
2 .Mədə-bağırsaq traktının xəstəlikləri;
-  Reflyuks
-  Xroniki qastrit
-  Mədə və 12-barmaq bağırsağın xorası
-  Öd yollarının diskineziyası
-  Xolesistit və xolangit.
3.Qastroduodenoskopiyaya,qarın boşluğunda və kiçik çanaqda rentgenoloji və ultrasəs müayinəsi,sonoqrafiya və instrumental müayinələrə hazırlıq.

Əks göstərişlər

-  Mədə-bağırsaq qanaxmaları
-  Mədənin hərəki funksiyasının stimullaşması təhlükəli olan mexaniki keçməzlik və ya perforasiya
-  Prolaktinoma ,hiperprolaktinemiya
-  Ketokonazolun perolal forması ilə birgə qəbulu
-  Preparatın komponentlərinə qarşı hiperhəssaslıq

İstifadə qaydası və dozası :

Xroniki dispepsiyalarda 1 həbdən gündə 3 dəfə;ürəkbulanma və qusma zamanı isə 2 həbdən gündə 3-4 dəfə ,yeməkdən 15-30 dəqiqə əvvəl verilir,ehtiyac olarsa əlavə olaraq yatmamışdan qabaq 1 həb də təyin edilə bilər.

Saxlanma şəraiti:

Quru,qaranlıq,+15°C-300°C – də və uşaqların əllərinin çatmayacağı yerdə saxlanılmalıdır.
Tərkibi

Təsiredici maddə:Domperidon 10,00 mq,Simetikon 200,00 mq. 
Köməkçi maddələr:qarğıdalı nişastası 12,059 mq,kalsium karbonat 194,1 mq,maqnezium karbonat 208,8 mikrokristallik sellüloza 62,30 mq,povidon K-30 83,80 mq,natrium saxarin 0,6 mq,natrium kroskarmelloza 22,9 mq , maqnezium stearat 5,88 mq.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.