DİABETON MR 60 mq

DİABETON MR 60 mq

12.34 AZN
Diabeton mr 60 mq-lıq modifikasiya edilmiş tabletlər, ağ rəngli uzunsov tabletlər olub, hər iki üzündə bölmə xətti və "DIA 60" işarəsi vardır
İstifadəsinə göstərişlər:
DİABETON MR 60 mq tabletlər qanda şəkərin səviyyəsinin azaldılması üçün nəzərdə tutulmuş dərman vasitəsidir (sulfonil-sidik cövhəri qrupundan olan antidiabetik peroral preparat).

Böyüklərdə şəkərli diabetin bəzi formaları (II tip diabet) zamanı pəhrizin gözlənilməsi, fiziki gərginlik və çəki itirməsinin qanda şəkərin səviyyəsinə adekvat şəkildə nəzarət edilməsi üçün kifayət etmədiyi hallarda istifadə edilir.
 
Əks göstərişlər:
DİABETON MR 60 mq tabletlər aşağıdakı hallarda istifadə etmək məsləhət deyil:
·  əgər qliklazidə, DİABETON MR 60 mq tabletlərin istənilən digər komponentinə, bu qrupdan (sulfonil-sidik cövhəri) olan digər preparatlara və ya digər oxşar preparatlara (hipoqlikemik sulfonamidlər) qarşı allergiyanız varsa (həssaslığın yüksəlməsi);

·  əgər insulindən asılı diabetdən (I tip) əziyyət çəkdikdə;

·  əgər sidik analizinizdə keton cisimcikləri və ya şəkər aşkar olunmuşsa (bu, sizdə diabetik ketoasidozun olduğunun göstəricisi ola bilər), diabetik koma və ya prekoma halında;

·  əgər böyrək və ya qaraciyərinizdə ciddi bir xəstəlik varsa;
·  əgər göbələk infeksiyalarının müalicəsi üçün dərman vasitəsi qəbul edilir (mikonazol, "Digər dərman vasitələri ilə qarşılıqlı təsiri" bölməsinə baxın);
·  əgər uşaq əmizdirirsiniz ("Hamiləlik və laktasiya dövründə istifadəsi" bölməsinə baxın).

DİABETON MR 60 mq qida və içkilərlə birlikdə qəbulu:
DİABETON MR 60 mq qida və tərkibində spirt olmayan içkilərlə birlikdə qəbul edilə bilər. Spirt istifadəsi tövsiyə edilmir. Belə ki, o sizdə olan şəkərli diabetə nəzarət prosesinə qabaqcadan proqnozlaşdırıla bilməyən şəkildə mane ola bilər.

 
İstifadə qaydası və dozası:
DİABETON MR 60 mq, modifikasiya edilmiş buraxılışı tabletlərin qəbulu zamanı həkim təlimatlarına həmişə ciddi riayət edin. Əgər dərman vasitəsinin düzgün qəbuluna dair şübhələriniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz.

Həkim müalicəvi dozanı qanda, eləcə də ola bilsin ki. sidikdə şəkərin miqdarına əsasən müəyyən edir.

Xarici faktorların istənilən şəkildə dəyişməsi (çəkinin azalması, həyat tərzinin dəyişdirilməsi, stress) və ya şəkərin səviyyəsinin yaxşılaşması qliklazidin dozasının dəyişdirilməsini tələb edə bilər.

Adətən doza yarım tabletdən 2 tabletədək (maksimum 120 mq) olmaqla gündə bir dəfə səhər yeməyi zamanı qəbulu nəzərdə tutulur. Bu, müalicəyə yatımlılıqdan asılıdır.

DİABETON MR 60 mq tabletlərin alfa-qlikozidazanın inhibitoru olan metformin və ya insulinlə birlikdə qəbulu hallarında həkim fərdi olaraq sizin üçün hər bir preparatın lazımi dozasını müəyyən edir.

Əgər DİABETON MR 60 mq Sizə həddən artıq güclü və ya lazım olduğundan az təsir etdiyini

hesab edirsiniz, müalicə həkimlə və ya əczaçınızla məsləhətləşin.
 
Qəbul qaydası:
Tabletlər daxilə (peroral) qəbul edilir.

Tabletin yarısını və ya bütöv tableti udmaq lazımdır. Tabletləri xırdalamaq və ya çeynəmək olmaz.

Tabletlərin səhər yeməyi zamanı bir stəkan su ilə qəbulu tövsiyə edilir (hər gün eyni vaxtda qəbulu məqsədəuyğundur).

Tabletlərin qəbulundan sonra mütləq qida qəbul edilməlidir.

Doza həddinin aşılması:
Əgər həddən çox miqdarda tablet qəbul edilib, ən yaxınlıqda yerləşən təcili yardıra məntəqəsi ilə əlaqə yaradın və ya bu halda dərhal müalicə həkiminizi xəbərdar edin. İfrat dozalanma əlamətlərinə qanda şəkərin səviyyəsinin düşməsinin (hipoqlikemiya) bu təlimatın "Xüsusi xəbərdarlıq"

bölməsində təsvir edilən əlamətləri aiddir. Belə klinik təzahürlərin yüngülləşdirilməsi üçün dərhal qənd qəbul etmək (4-6 tikə) və ya şirin su içmək, bundan sonra isə yaxşı qəlyanaltı etmək və ya tam yemək şəklində qida qəbul etmək olar. Əgər xəstə huşunu itirmiş vəziyyətdədirsə, o zaman

dərhal həkimi xəbərdar edin və ya təcili yardımı çağırın. Əgər kimsə, məsələn, uşaq təsadüfən bu preparatı qəbul etmişsə, eyni tədbirləri görün.

Huşunu itirmiş xəstəyə su içirmək və ya onu yedirmək olmaz.
Belə vəziyyətin ola biləcəyi haqda məlumatlandırılan və zərurət olduğu halda həkim çağıra biləcək bir adamın olmasının qabaqcadan qayğısına qalmaq məqsədəuyğundur.

DİABETON MR 60 mq tabletləri qəbul edilməsi unudulubsa:  
Şəkərli diabetin müalicəsi adətən ömürlük davam edən bir proses olduğuna görə, bu preparatın qəbulunun dayandırılmasından öncə müalicə həkiminizlə məsləhətləşməlisiniz. Müalicənin dayandırlması qanda şəkərin miqdarının artmasına (hiperqlikemiya) səbəb ola bilər.

Əgər preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.

 


Təsiredici maddə: 1 ədəd DİABETON MR 60 mq-lıq, təsiredici maddəsi modifikasiya olunmuş şəkildə xaric olan tabletin tərkibində 60 mq qliklazid vardır.

Köməkçi maddələr: laktoza-monohidrat, maltodekstrin, hipromelloza, maqnezium-stearat, susuz kolloidal silisium-4 oksid.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.