YOMOGİ

YOMOGİ

12.59 AZN
Təsviri:
Açıq yaşıl,sarı bərk kapsullar.   
İstifadəsinə göstərişlər

-  Antibiotikoterapiya ilə bağlı diareya və kolitlərin profilaktika və müalicəsi;
-  Müxtəlif mənşəli diareya (ishal) ,o cümlədən səyahətçilər diareyası;
-  Zondla uzun müddət qidalanma zamanı yaranan diareyanın profilaktikası;
-  Aknenin xronik formalarının kombinə olunmuş müalicəsi.

Əks göstərişlər:

Yomogi mayaya və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslığı (allergiyası) olanlara istifadə etmək olmaz.
Şəkərli diabeti olanların nəzərinə - preparatın 1 kapsulu 0,01 ÇV müvafiqdir.   

İstifadə qaydası və dozası:

Yeməkdən 1 saat əvvək kifayət qədər maye ilə daxilə qəbul edilməlidir.
-  Diareyanın müalicəsi üçün gündə 1-2 dəfə 1 kapsul qəbul edilir.
-  Səyahətçilər diareyasının qarşısını almaq üçün səyahətdən 5 gün əvvəl gündə 1-2 dəfə 1 kapsul qəbul edilir.
-  Uzun müddət qidalanma zamanı yaranan diareyanın qarşısını almaq üçün daxilə qidalı mayenin hər 1 litrinə 2 kapsul qəbul edilir.
-  Akne zamanı gündə 3 kapsul.
-  6 yaşdan kiçik uşaqlarda preparatın qəbulunu asandləşdırmaq üçün kapsulu açıb mayedə həll edib vermək olar.

Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda,qablarda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Tərkibi   

Təsiredici maddə:Hər kapsulda 250 mq Saccharomyces boulardii var.   
Köməkçi maddələr:susuzlaşdırılmış laktoza, maqnezium-stearat,jelatin,su,natrium dodosil sulfat,xlorofillin mis kompleksi,titan dioksid,dəmir hidroksid.
                                                             
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.