VİKASOL

VİKASOL

0.70 AZN
Təsviri:Ağımtıl və ya ağ yastı-silindrik tabletlər.                                                                                                           
İstifadəsinə göstərişlər:Hipotrombinemiya ilə bağlı yaranmış hemorragik sindrom ,K vitamininin hipovitaminozu ,yaralanmalardan,travmalardan və cərrahi əməliyyatlardan sonrakı qanaxmalar ,disfunksional uşaqlıq qanaxmalarında kompleks müalicənin tərkibində,menorragiyalar,K vitaminin antaqonistlərinin yüksək dozada qəbulu.   
Əks göstərişlər:Preparata qarşı yüksək həssaslıq,qanın laxtalanma qabiliyyətinin artması,trombemboliya,saxaroza/izomaltoza çatışmazlığı,fruktozaya qarşı dözümsüzlük,qlükoza-qalaktoza malabsorbiyası,yenidoğulmuşların hemolitik xəstəliyi,3 yaşadək uşaqlar. 
İstifadə qaydası və dozası :Daxilə 3-4 gün ərzində təyin edilir,4 gün fasilə verilərək təkrar 3-4 gün təyin edilir.Güclü parenximatoz qanaxma riski olduğu halda cərrahi əməliyyatdan əvvəl 2-3 gün ərzində təyin edilir.Böyüklərdə maksimal birdəfəlik doza 15-30 mq,maksimal sutkalıq doza isə 60 mq təşkil edir.   Pediatriyada:3-4 yaş:8 mq/sutka,5-9 yaş:10 mq/sutka,10-14 yaş:15 mq/sutka. 
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır

Tərkibi  
Təsiredici maddə:1 tabletin tərkibində 15 mq Menadion natrium bisulfit (quru maddəyə hesablanmış)vardır.
Köməkçi maddələr:saxaroza,kalsium-stearat,monohidrat,kartof nişastası,povidon ,natrium bisulfit.                                                                                                     

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.