VEROŞPİRON 25 mq

VEROŞPİRON 25 mq

4.04 AZN
Təsviri:Ağ və ya ağımtıl yastı,faskalı tabletlər,xüsusi merkaptan iyi və bir tərəfində VEROSPIRON markalanma var.
İstifadəsinə göstərişlər
Birincili aldosteronizm
-  Qısa,əməliyyat önü müalicə kursu üçün;
-  Qeyri-operabel və ya xəstənin əməliyyatdan imtina etməsi zamanı uzunmüddətli istifadəsi üçün.
İkincili hiperaldosteronizm ilə əlaqəli ödemlərin müalicəsi,Essensial hipertoniya,hipokaliemiya. 

Əks göstərişlər:Dərman vasitəsinin hər hansı komponentinə qarşı yüksək həssaslıq,anuriya,kəskin böyrək çatışmazlığı,hiperkaliemiya,hamiləlik,laktasiya dövrü.
İstifadə qaydası və dozası
Birincili aldosteronizm:diaqnozun qoyulmasından sonra cərrahiyyə əməliyyatına hazırlıq qismində 100-400 mq/gün.Qeyri-operabellik zamanı fərdi qaydada seçilmiş daha kiçik təsiredici doza ilə uzunmüddətli müalicə aparmaq olar.Belə hallarda,ən kiçik təsiredici doza əldə olunana qədər başlanğıc doza hər 14 gündən bir azaldılmalıdır.Uzunmüddətli müalicə zamanı əlavə təsirlərin yaranmasının qarşısını almaq üçün dərman vasitəsini digər diuretiklər ilə kombinə edilməsi məqsədəuyğundur.
Ödem sindromu:Böyüklər üçün adi başlanğıc doza 2 qəbula bölünmüş 100 mq/gün təşkil edir.
Uşaqlara:3 mq/kq bədən kütləsinə hesabı ilə ,birdəfəlik və ya 2 qəbula bölərək təyin edirlər.
Essensial hipertoniya 50-100 mq/gün dozası ilə başlanır və 2 yerə bölünür. 
Hipokaliemiya :25-100 mq/gün,əgər kaliumun peroral bərpası və ya digər kaliumqoruyucu üsul kifayət qədər effektiv deyilsə .
Saxlanma şəraiti:+15°C - +25°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır


 

Tərkibi 
Təsiredici maddə:hər tabletdə 25 mq spironolakton vardır. 
Köməkçi maddələr:kolloidal silisium 4-oksid;maqnezium-stearat;talk;qarğıdalı nişastası,laktoza monohidrat;

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.