VARFARİN NİKOMED 2,5 mq

VARFARİN NİKOMED 2,5 mq

4.64 AZN
açıq mavi rəngdə,xaçşəkilli bölgü xətti olan,iki tərəfdən qabarıq,girdə tabletlər
İstifadəsinə göstərişlər:

qan damarlarının tromboz və emboliyalarının;kəskin və residivverən venoz trombozun,ağciyər arteriyasının emboliyasının müalicə və profilaktikası;miokard infarktının ikincili profilaktikası və sonrakı tromboemboliya ağırlaşmalarının profilaktikası;qulaqcıqların fibrilyasiyası,ürək qapaqlarının zədələnməsi olan və ya ürək qapaqları protezləşdirilmiş xəstələrdə tromboemboliya ağırlaşmalarının profilaktikası;müvəqqəti işemik həmlə və insultların müalicəsi ,əməliyyatdan sonrakı trombozların profilaktikası.

Əks göstərişlər:

preparatın komponentlərinə qarşı yüksək həssaslıq,kəskin qanaxma,hamiləlik,qaraciyər və böyrəklərin ağır xəstəliyi,kəskin DDS-sindrom,C və S zülallarının çatışmazlığı,trombositopeniya,qanaxma riski yüksək olan xəstələr.

İstifadə qaydası və dozası:

Varfarin gündə 1 dəfə eyni vaxtda atılmalıdır.Varfarin dozaları həkim tərəfindən fərdi olaraq təyin olunmalıdır.Uşaqların qəbulu haqda məlumat məhduddur.

Saxlanma şəraiti:

25°C-dən aşağı  temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır
 


Təsiredici maddə:1 tabletin tərkibində 2,5 mq natrium varfarin 2,5 vardır.

Köməkçi maddələr:laktoza,qarğıdalı nişastası,kalsium hidrofosfat dihidrat,indiqokarmin,povidon 30,maqnezium sitrat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.