VİZİN VİSİNE

VİZİN VİSİNE

4.00 AZN
Təsviri:

Şəffaf,rəngsiz,görünən hissəcikləri olmayan məhlul.
İstifadəsinə göstərişlər:

Böyüklərə və 8 yaşdan böyük uşaqlara allergiya və fiziki faktorların təsiri ilə yaranan ödemin və konyuktivanın hiperemiyasının aradan

götürülməsi üçün.

Əks göstərişlər:

-  8 yaşa qədər uşaq dövrü;

-  Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

-  Qapalıbucaqlı qlaukoma və buynuz qişanın endotelial-epitelial distrofiyası.

İstifadə qaydası və dozası:

zədələnmiş gözə sutkada 2-3 dəfə 1 və ya 2 damcı.Preparatın fasiləsiz olaraq,4 gündən artıq istifadəsi tövsiyə olunmur.Əgər 48 saat ərzində

vəziyyət yaxşılaşmırsa ,qıcıqlanma və qızartı saxlanırsa və ya artırsa ,istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Flakonun ucu ilə hər hansı səthə toxundurmaq olmaz.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 1 ay müddətində

istifadə edilməlidir.                                                                                                                                                                                        

Tərkibi

Təsiredici maddə:1 ml preparatın tərkibində 0,5 mq tetrizolin hidroxlorid vardır.

Köməkçi maddələr:benzalkonium xlorid 50 %-li məhlul,natrium xlorid,bor turşusu,natrium tetraborat,dinatrium edetat,təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.