VOZOLİP GENERİKON 20 mq

VOZOLİP GENERİKON 20 mq

12.41 AZN
Təsviri
20 mq-Ağ rəngli,oval formalı,iki tərəfi qabarıq,bir tərəfində ʺA ʺvə digət tərəfində ʺ20 ʺ həkk olunmuş örtüklü tabletlərdir
İstifadəsinə göstərişlər:Hiperxolesterinemiya.
-  Birincili hiperxolesterinemiya ;
-  Kombinəolunmuş hiperlipidemiya;
-  Homoziqot irsi hiperxolesterinemiyada digər hipolipidemik müalicələrə əlavə kimi və ya bu müalicəni aparmaq mümkün olmadıqda.
-  Ürək-damar xəstəliklərinin profilaktikası .
Əks göstərişlər:
-  Atorvastatinə və ya preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq;
-  Qaraciyərin aktiv xəstəlikləri və ya qan zərdabında transaminazaların fəallığının izah olunmayan davamlı artımı;
-  Hamiləlik və laktasiya dövrü;
-  18 yaşa kimi yaş dövrü.
İstifadə qaydası və dozası
Qəbuluna başlamazdan əvvəl xəstələrə standart xolesterinazaldıcı pəhriz məsləhət olunmalı və bu pəhriz müalicə müddətində davam etdirilməlidir.Fərdi dozanın seçimi müvafiq olaraq ASLP-X-nin ilkin səviyyəsinə,terapiyanın məqsədinə və xəstənin reaksiyasına əsasən aparılmalıdır.Qida qəbulundan asılı olmayaraq günün istənilən vaxtında qəbul edilir.Gündə 1 dəfə olmaqla 10 mq-dan 80 mq-a kimi dəyişir.Maksimal doza gündə bir dəfə 80 mq.
Birincili hiperxolesterinemiya  və qarışıq hiperlipidemiya başlanğıc doza gündə bir dəfə 10 mq təşkil edir.
Homoziqot irsi hiperxolesterinemiyada doza gündə 1 dəfə 10-80 mq təşkil edir.
Ürək-damar xəstəliklərinin profilaktikasında gündə 1 dəfə 10 mq təşkil edir.
Saxlanma şəraiti:Xüsusi saxlanma şəraiti tələb etmir,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Resept əsasında buraxılır
 

Tərkibi
20 mq
Təsiredici maddə:hət örtüklü tabletin tərkibində 20 mq atorvastatinə ekvivalent olan 20,72 mq atorvastatin kalsium vardır.
Köməkçi maddələr:mannitol 60,mikrokristallik sellüloza,poliplasdon XL,susuz natrium karbonat,povidon L-metionin,maqnezium-stearat.
Örtük:ağ opadray 03F28446

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.