TAMSAPROST

TAMSAPROST

9.95 AZN
Təsviri:Şəffaf,rəngsiz,1 ölçülü bərk jelatin kapsullar.Kapsulun möhtəviyyatı ağ və ya ağa bənzər qranullardan ibarətdir.
İstifadəsinə göstərişlər:Sidik ifrazı traktının aşağı şöbələrinin prostat vəzinin xoşxassəli hiperplaziya nəticəsində meydana çıxan dizurik simptomlarının müalicəsi.
Əks göstərişlər:Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:Preparatı yeməkdən sonra ,gündə 1 kapsul qəbul edilir,üstündən su içilir.Kapsulu çeynəmədən udmaq lazımdır.Müalicənin müddəti fərdi təyin olunur.
Saxlanma şəraiti:25°C-dən aşağı  temperaturda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır
 

Tərkibi
Təsiredici maddə:1 kapsulda 0,4 mq Tamsulozin-hidroxlorid vardır.
Köməkçi maddələr:şəkər kürəcikləri,opadray OY-29020,etilselluloza su dispersiyası 25%,metakril turşusunun sopolimeri –etilakrilat su dispersiyası 30%,talk,trietilsitrat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.