ASPİRİN KARDİO

ASPİRİN KARDİO

4.09 AZN
100 mq-lıq tabletlər-dairəvi,bir qədər nahamar,qırığında ağ rəngli eynicinsli kütlə,ağ rəngli örtüklü tablet.
İstifadəsinə göstərişlər

-  Risk amilləri mövcud olduğu bir şəraitdə kəskin miokard infarktının və təkrar miokard infarktının profilaktikası;
-  Qeyri-sabit stenokardiya;
-  İnsultun profilaktikası;
-  Beyin qan dövranının keçici pozuntusunun profilaktikası;
-  Cərrahi əməliyyatlardan və damarlardan invaziv müdaxilələrdən sonra tromboemboliyanın profilaktikası;
-  Dərin venaların trombozunun və ağciyər arteriyalarının və onun şaxələrinin tromboemboliyasının profilaktikası.

Əks göstərişlər

-  ASK –a,preparatın yardımçı maddələrinə və digər NPVP –lərə yüksək həssaslıq;
-  Mədə-bağırsaq yolunun eroziv xora zədələnmələri;mədə-bağırsaq qanaxmaları;
-  Hemorragik diatez;
-  Salisilatların və NPVP-nin qəbul edilməsi təkan vermiş bronxial astma;
-  Bronxial astmanın burun və burun boşluğu cibinin polipozunun şiddətləndirilməsi və ASK-ə dözümsüzlüklə uyuşması;
-  Həftədə 15 mq və daha böyük dozada metotreksatla birgə qəbulu;
-  Hamiləlik və laktasiya dövrü;
-  Uşaq yaşları(18 yaşa kimi);
-  Podaqra,hiperurikemiya zamanı və enamnezindəə aşağıdakı xəstəliklər olduqda ehtiyatla qəbul etməli;
-  Mədə-bağırsaq yolunun xora ilə zədələnmələri və ya mədə-bağırsaq qanaxmaları,böyrək və qaraciyər çatışmazlığı,bronxial astma,tənəffüs orqanlarının xronik xəstəlikləri,polinoz qızdırması,burun polipozu,digər dərmanlara allergik reaksiyalar,hamiləliyin II trimestrində,həftədə 15 mq dozada metotreksatla birgə qəbulu.

İstifadə qaydası və dozası:

Preparat yeməkdən əvvəl çoxlu maye ilə qəbul olunmalıdır.uzunmüddətli istifadə üçün nəzərdə tutulub.Müalicənin müddəti həkim tərəfindən təyin olunur.
Kəskin miokard infarktın profilaktikası zamanı:
100-200 mq/sut və ya 300 mq günaşırı .
İlk dəfə yaranmış kəskin miokard infarktının profilaktikası zamanı:100 mq/sut və ya 300mq günaşırı.
Təkrar miokard infarktının profilaktikası zamanı.Qeyri-stabil stenokardiya.İnsultun,beyin qan dövranı pozğunluqlarının ,damarlarda cərrahi əməliyyatdan sonra tromboemboliyanın profilaktikası zamanı:100-300mq/gün
Venalar trombozunun və ağciyər arteriyaların tromboemboliyasının profilaktikasında:100-200 mq/gün və ya 300 mq günaşırı.

Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Reseptsiz  buraxılır
 


Təsiredici maddə:1 tabletin tərkibində 100 mq və ya 300 mq asetilsalisil turşusu vardır.

Köməkçi maddələr:sellüloza,qarğıdalı nişastası,metakril turşusunun və akril turşusunun etil efirinin sopolimeri,polisorbat 80,natrium-laurilsulfat,talk,trietilsitrat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.