ATROPİN SULFAT

ATROPİN SULFAT

1.28 AZN
Təsviri:şəffaf ,rəngsiz maye.
İstifadəsinə göstərişlər:

Mədə və onikibarmaq bağırsaq xorasında,liporospazmda,kəskin pankreatitdə,xolesistit və öddaşı xəstəliyində,bağırsaq və sidik yolları spazmlarında,bronxial astmada,bradikardiyada,mədə,bronxial və ağız suyu sekresiyasını azaltmaq  və rentgenoloji müayinələr zamanı həzm orqanlarının tonusu və hərəkət aktivliyini azaltmaq məqsədilə simptomatik preparat kimi təyin olunur.

Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq,səyirici aritmiyalar,taxikardiya,xroniki ürək çatışmazlığı,ÜİX,mitral stenoz,ağır arterial hipertenziya,kəskin qanaxma,tireotoksikoz,hipertermik sindrom,qlaukoma,qaraciyər və böyrək çatışmamazlığı,miasteniya gravis,sidik ifrazının ləngiməsi,beyin zədələnmələri.

İstifadə qaydası və dozası:

Atropin dərialtına,əzələ və vena daxilinə yeridilir.Uşaqlarda yaşdan asılı olaraq maksimal doza:

-  6 aylığadək -0,02 mq;
-  6 aylıqdan 1 yaşadək -0,05 mq;
-  1-2 yaş -0,02 mq;
-  3-4 yaş – 0,25 mq;
-  5-6 yaş – 0,3 mq;
-  7-9 yaş -0,4 mq;
-  10-14 yaş -0,5 mq.
Böyüklərdə maksimal doza:dərialtına bir dəfəyə 1 mq,sutkalıq-3 mq.
Yaşlı xəstələrə atropin sulfat ehtiyatla təyin edilməlidir.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır
 

Tərkibi

Təsiredici maddə:1 ml məhlulun tərkibində 1 mq atropin sulfat vardır.
Köməkçi maddələr:0,1 M xlorid turşusu məhlulu,inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.