TRİXOPOL 250 mq

TRİXOPOL 250 mq

3.38 AZN
Təsviri:sarımtıl çalarlı ağ,uzunsov üclü dəyirmi tabletlər.
İstifadəsinə göstərişlər
-  Trixomonadoz;
-  Lyamblioz ;
-  Amöbiaz və onun qaraciyər forması;
-  Anaerob və qarışıq bakteriyaların törətdiyi infeksiyalar;
-  Bismut preparatları və antibiotiklərlə birlikdə ,mədə və 12barmaq bağırsağın xora xəstəliyi ilə müşayiət  olunan Helicobacter pylori infeksiyaları.
Əks göstərişlər:Metronidazola və 5-nitroimidazolun digər törəmələrinə qarşı yüksək həssaslıq;
Hamiləliyin I trimestri.
İstifadə qaydası və dozası:Trixomonadoz
Eyni zamanda hər iki cinsi tərəfdaş müalicə olunmalıdır.(hətta onlardan biri xəstə olmasa belə).
Qadınlar:10 gün müddətində gündə 2 dəfə səhər və axşam yemək vaxtı – 250 mq(1 tablet)daxilə qəbul edilir.Menstruasiya vaxtı müalicəni dayandırmaq tələb olunmur.
Kişilər:10 gün ərzində gündə 2 dəfə səhər-axşam yemək vaxtı 250 mq (1 tablet) daxilə qəbul edilir.
Amöbiaz
Böyüklər:5-10 gün müddətində gündə 3 dəfə 750 mq (3 tablet)daxilə qəbul edilir.
Uşaqlar:10 gün müddətində bədə kütləsinin hər kq-na gündə 30-50 mq 3 bərabər dozaya bölünmüş şəkildə daxilə qəbul edilir.
Lyamblioz:daxilə qəbul edilir.
Uşaqlar:
-  2-5 yaşa qədər:gündə 2 dəfə ½ tablet (gündəlik doza 250 mq)
-  6-10 yaş :gündə 3 dəfə 1/2 tablet (gündə 375 mq)
-  10 yaşdan yuxarı:gündə 2 dəfə 1 tablet(gündə 500 mq)
-  Preparatı adətən 5-10 gün müddətində səhərlər və axşamlar qəbul edilir.
Lazım gələrsə ,müalicəni 4-6 həftədən sonra təkrar etmək olar.
Saxlanma şəraiti:25°C-dən aşağı temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Resept əsasında buraxılır
 

Tərkibi
Təsiredici maddə:1 tabletin tərkibində 250 mq metronidazol vardır.
Köməkçi maddələr:kartof nişastası,jelatin,nişasta patkası,maqnezium-stearat

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.