TROMBOPOL

TROMBOPOL

3.25 AZN
girdə formada,iki tərəfdən qabarıq,bağırsaqda həll olan örtüyə malik ,çəhrayı rəngdə tabletlərdir.
İstifadəsinə göstərişlər

-  Trombositlərin aqreqasiyasının qarşısının alınması,trombların əmələ gəlməsi və qan damarlarının tutulması təhlükəsi  yaradan ürək-damar sistemi xəstəliklərinin profilaktikası:
-  Miokard infarktı;
-  Ürəyin kompensəolunmuş və kompensəolunmamış işemiya xəstəliyi;
-  Qan damarlarında trombların əmələ gəlməsi ilə xarakterizə olunan digər xəstəliklərin profilaktikası;
-  Bu preparat təcili halların müalicəsi üçün istifadə olunmur.O,xroniki müalicə zamanı ikincili profilaktik məqsədlə istifadə olunur.

Əks göstərişlər

-  Preparata qarşı yüksək həssaslıq;
-  Mədənin xəstəlikləri;
-  Qanın laxtalanma qabiliyyətinin pozulması;
-  Bronxial astma və burun polipləri;
-  Ağır dərəcəli qaraciyər və böyrək çatışmazlığı;
-  Hamiləliyin III trimestri;
-  12 yaşdan kiçik uşaqlarda virus xəstəlikləri.

İstifadə qaydası və dozası:

yemək vaxtı və yeməkdən sonra gündə 75 mq-lıq 1-2 tablet və ya 150 mq-lıq 1 tablet qəbul edilir.Tabletləri çeynəmədən ,müəyyən qədər su ilə qəbul etmək lazımdır.

Saxlanma şəraiti:

25°C-dən aşağı  temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Reseptsiz  buraxılır
 


Təsiredici maddə:1 tabletin tərkibində 75 mq və ya 150 mq asetillsalisil turşusu vardır.

Köməkçi maddələr:qarğıdalı nişastası,toz şəkilli sellüloza,natrium nişasta qlikolyatı.
Örtük :hipromelloza,metakril turşusunun sopolimeri,titan4-oksid,talk,natrium laurilsulfat,qırmızı koşenil lakı E-124 ,kolloidal silisium 4-oksid,natrium-bikarbonat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.