PANANGİN

PANANGİN

4.32 AZN
Ağ rəngdə ,ortadan xətlə bölünmüş tabletlər
İstifadəsinə göstərişlər :

Preparat ürəyin xroniki xəstəliklərində (ürək çatışmazlığı , ürəyin infarktından sınrakı vəziyyət) ürək ritminin müəyyən pozğunluqları zamanı əlavə müalicə kimi həmçinin qidaya maqnezium və kalium əlavəsi kimi istifadə olunur.  

Doza həddinin aşılması:

Bu vaxta qədər preparatın doza həddinin aşılmasına rast gəlinməmişdir.Doza həddinin aşılması zamanı qanda kaliumun və maqneziumun səviyyəsi artır və  ionların səviyyəsinin yüksəlməsi əlamətləri meydana çıxır.   

İstifadə qaydası və dozası :

əgər həkim başqa göstəriş verməzsə , ümumqəbulolunmuş doza gündə 3 dəfə 1-2 tablet təşkil edir . Preparatın dozası gündə 3 dəfə 3 tabletə qədər yüksəltmək olar. 

Saxlanma şəraiti:

+15C- +30 C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır


Təsiredici maddələr:hər örtüklü tabletin tərkibində 140 mq susuz maqnezium asparaginat (175 mq maqnezium asparaginat tetrahidrat şəklində) və 158 mq susuz kalium asparaginat (166,3 mq kalium asparaginat hemihidrat şəklində ) vardır.   

Köməkçi maddələr: susuz kolloidal silisium 4-oksid, povidon,kartof nişastası , talk , maqnezium-stearat , qarğıdalı nişastası , makroqol 6000 , titan 4 –oksid , eudrajit E .             

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.