SERTOFEN

SERTOFEN

6.40 AZN
propion turşusu törəməsi olan qeyri-steroid iltihab əleyhinə preparatdır.
İstifadə qaydası və dozalar. 
Sertofen
preparatından əzədaxilinə və venadaxilinə yeridilmə üçün istifadə edilir.  
Böyüklər:Deksketoprofenin tövsiyə olunan dozası hər 8 – 12 saatdan bir 50 mq təşkil edir. Lazım gəldikdə hər 6 saatdan bir qəbulu təkrar etmək olar. Deksketoprofenin ümumi gündəlik dozası 150 mq-dan yüksək olmamalıdır. Preparat kəskin ağrı sindromu zamanı qısamüddətli istifadə üçün (2 gündən çox olmayaraq) nəzərdə tutulmuşdur.Sonradan xəstəni daxilə qəbul üçün analgetiklərə keçirmək olar.

Yaşlı xəstələr üçün dozada düzəlişlərin edilməsi tələb olunmur.Lakin böyrək funksiyalarının fizioloji zəifləməsilə əlaqədar olaraq preparatın daha aşağı dozası tövsiyə olunur:böyrək funksiyaları yüngül dərəcədə pozulmuş yaşlı xəstələrə adi gündəlik doza 50 mq-dan yüksək olmamalıdır. 

Qaraciyər funksiyaları yüngül dərəcədən orta ağır dərəcəyə qədər pozulan xəstələr üçün (Çayld-Pyu təsnifatına görə 5-9 bal) ümumi gündəlik dozanı 50 mq – a qədər azaltmaq və qaraciyər funksiyalarını diqqətlə yoxlamaq lazımdır.Sertofen ağır qaraciyər çatışmazlığı olan xəstələrə əks göstərişdir.                         

Təsiredici maddə:   deksketoprofen (deksketoprofen trometamol formasında) 50 mq.
 
Köməkçi maddələr: natrium xlorid , natrium hidroksid , 96%-li spirt , inyeksiya üçün su.
 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.