BİSOTENS 10 mq

BİSOTENS 10 mq

5.83 AZN
Kardioselektiv B¹- adrenoblokator.                                                     
İstifadə qaydası və dozası:

Daxilə.adətən başlanğıc doza gündə 5 mq bisoprolol təşkil edir.Ehtiyac olduqda doza gündə 1 dəfə olmaqla 10 mq-a qədər artırıla bilər.Maksimal sutkalıq doza 20 mq təskil edir.Tabletləri bütöv şəkildə kifayət qədər maye ilə , adətən gündə eyni vaxtda – səhər yeməyinə qədər , səhər yeməyi vaxtı və ya ondan sonra qəbul etmək lazımdır.
 
Doza həddinin aşınması :

simptomları : aritmiya, mədəcik ekstrasistoliyası , nəzərə çarpan bradikardiya ,atrioventrikulyar blokada,AT- nin nəzərə çarpan dərəcədə enməsi , kəskin ürək çatışmazlığı , hipoqlikemiya , akrosianoz , tənəffüsün çətinləşməsi , bronxospazm , başgicəllənməsi, huşun itməsi halları , qıcolmalar.  Müalicəsi : mədənin yuyulması və adsorbsiyaedici dərman vasitələrinin təyini : simptomatik müalicə : inkişaf etmiş antrioventikulyar blokada zamanı – venadaxili 1-2 mq atropinin , epinefrinin ,yeridilməsi və ya müvəqqəti kardiostimulyatorun qoyulması ; mədəcik ekstrasistoliyası  zamanı – lidokain (IA sinfinə aid olan preparatlar istifadə olunmur) arterial təzyiqin nəzərə çarpan enməsi zamanı – xəstə Trendelenburq vəziyyətində olmalıdır; əgər ağciyər ödemi əlamətləri yoxdursa venadaxili plazma əvəzedicilər , qeyri effektiv olarsa –epinefrin , dopamin , dobutamin , (xronotrop,inotrop təsirin saxlanması və nəzərə çarpan dərəcədə enmiş AT-nin aradan qaldırılması) yeridilir; ürək çatışmazlığı zamanı – ürək qlikozidləri , diuretiklər , qlükaqon , qıcolmalar zamanı –venadaxili diazepam ; bronxospazm zamanı – inhalyasion B²-adrenostimulyatorlar tətbiq edilir. 

Saxlanma şəraiti:

25C – dən aşağı temperaturda ,orjinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Təsiredici maddələr : hər örtüklü tabletin tərkibində 5 mq bisoprolol fumarat vardır . 

Köməkçi maddələr :  Nüvə - mikrokristallik sellüloza, qismən jelatinləşdirilmiş qarğıdalı nişastası , natrium kroskarmelloza , susuz kolloidal silisium 4-oksid , maqnezium-stearat. 
Örtük:qismən hidrolizə olunmuş polivinil spirti , titan 4-oksid (E171) , makroqol 3550, talk , sarı dəmir oksidi (E172),qırmızı dəmir oksidi (E172) ,qara dəmir oksidi(E172).
             
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.