Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

MİLDRONAT 250 mq

9.53 AZN
MİLDRONAT 250 mq
İstifadə qaydası və dozası :

Oyandırıcı təsirin inkişafı mümkün olduğuna görə preparatı günün birinci yarısında qəbul etmək tövsiyə olunur.  1.Ürək- damar xəstəlikləri (ÜİX,XÜÇ,dishormonal kardiomiopatiya) .Kompleks müalicənin tərkibində gündə 0,5-1,0 q daxilə qəbul edilir.Bütün dozanı birdəfəyə və ya 2 dəfəyə qəbul etmək olar .Müalicə kursu 4-6 həftədir. Miokardın dishormonal distrofiyası fonunda kardialgiya gündə 2 dəfə 0,25 q daxilə .müalicə kursu – 12 gündür.  2.Beyin qan dövranının pozğunluğu .Kəskin faza-10 gün müddətində preparatın inyeksiya dərman forması istifadə olunur , sonra preparatın gündə 0,5-1,0 q daxili qəbuluna keçilir.Ümumi müalicə kursu 4-6 həftədir.Xroniki pozğunluqlar-daxilə gündə 0,5 q.ümumi müalicə kursu 4-6 həftədir.Həkimlə məsləhətləşdikdən sonra təkrar kurslar (adətən ildə 2-3 dəfə) mümkündür.   3.Həddindən artıq əqli və fiziki yüklənmələr, o cümlədən idmançılarda.Böyüklərə daxilə gündə 4 dəfə 0,25 q.Müalicə kursu 10-14 gün.Ehtiyac olduqda müalicə 2-3 həftədən sonra təkrar olunur.İdmançılara məşqdən əvvəl daxilə gündə 2 dəfə 0,5-1,0 q.Hazırlıq dövründə kursun müddəti 14-21 gün, yarış zamanı 10-14 gündür.  4.Xroniki alkoqolizm.Daxilə gündə 4 dəfə 0,5 q.Müalicə kursu 7-10 gündür.  

Saxlanma qaydaları :

25C – dən yüksək olmayan temperaturda , quru və  uşaqların əli çatmayan yerdə  saxlamaq lazımdır.  

Təsiredici maddə: 1 kapsulda 250 mq və ya 500 mq meldonium vardır.   

Köməkçi maddələr : qurudulmuş kartof nişastası , silisium 4-oksid, kalsium stearat.  Kapsul (gövdə və qapaq): titan 4 oksid (E171) , jelatin