SOSEFEN 2 mq/ml

SOSEFEN 2 mq/ml

13.72 AZN
daxilə qəbul edilən damcı, 0,2%-li məhlul.20 ml-lik flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstifadəsinə göstərişlər:
Allergik xəstəliklərin simptomatik müalicəsi və profilaktikası,bronxial astmanın kompleks müalicəsi.

Əks göstərişlər:
Ketatifenə və dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq.Laktasiya dövrü,altıaylığa qədər uşaqlar.

İstifadə qaydası və dozası:
sesofen 2 mq/ml daxilə qəbul edilən damcılar dərman vasitəsinin qəbul dozası qapağa keçirilmiş və 25 bölgü ilə dərəcələnmiş xüsusi damcı-dozatorun vasitəsilə ilə çəkilir.Çəkilmiş məhlul  birbaşa və ya su ilə həll edildikdən sonra daxilə qəbul edilir.
-  7 bölgü 0,5 mq ketotifenə bərabərdir.
-  13 bölgü 1 mq ketotifenə bərabərdir.
-  25 bölgü 2 mq ketotifenə bərabərdir.

Böyüklər və 3 yaşdan yuxarı uşaqlar gündə 2 dəfə 1 mq qəbul edir.Lazım olduqda böyüklər üçün gündəlik dozanı 4 mq-a qədər artırmaq olar.Böyüklər üçün maksimal doza 4 mq-dır.

6 aylıqdan 3 yaşa qədər uşaqlar gündə 2 dəfə 0,5 mq/kq dozada bədən çəkisinə uyğun olaraq qəbul edir.

Təsiredici maddə:1 ml məhlulun tərkibində 2,75 mq ketotifen fumarat vardır.(2 mq ketotifenə ekvivalentdir)

Köməkçi maddələr:propilenqlikol,sorbitol,limon turşusu monohidrat,natrium-sitrat,natrium metil-parahidroksibenzoat,natrium propil-parahidroksibenzoat,natrium-saxarin,çiyələk aromatizatoru,təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.