FLEMOKSİN SOLYUTAB 1000 mq

FLEMOKSİN SOLYUTAB 1000 mq

12.77 AZN
Təsviri:Ağ rəngdən açıq sarı rəngədək,bir tərəfində rəqəm təsviri və tableti yarıya bölən kəsik olan digər tərəfində isə firmanın loqotipi olan oval formal tabletlər.
İstifadəsinə göstərişlər:
-  Tənəffüs orqanlarının infeksiyaları;
-  Sidikqovucu orqanların infeksiyaları;
-  MBT orqanlarının infeksiyaları;
-  Dərinin və yumşaq toxumaların binfeksiyaları.
Əks göstərişlər:preparata və digər beta-laktam antibiotiklərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:daxilə qəbul edilir.Dozanı xəstənin və xəstəliyin gedişatından asılı olaraq seçilir.
Böyüklər və 10 yaşdan böyük uşaqlar – gündə 2 dəfə  500-750 mq və ya gündə 3 dəfə 375-500 mq.
3 yaşından 10 yaşınadək – gündə 2 dəfə 375 mq və ya gündə 3 dəfə 125 mq.
1 yaşından 3 yaşınadək – gündə 2 dəfə 250 mq və ya gündə 3 dəfə 125 mq.
Uşaqlara gündəlik doza (1 yaşadək uşaqlara) 2-3 qəbulla 30-60 mq/kq/gün təşkil edir.
Həkim məsləhətilə dozalar artırıla və ya azaldıla bilər.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Tərkibi
Təsiredici maddə : bir tabletin tərkibində 1000 mq amoksisilin vardır.
Köməkçi maddələr:disperləşdirilmiş sellüloza,mikrokristallik sellüloza,krospovidon,vanilin,naringi ətri,limon ətri,saxarin,maqnezium – stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.