Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PERSEN

10.00 AZN
PERSEN
İstifadəsinə göstərişlər:

-  Müvəqqəti yüngül sinir gərginliyi zamanı simptomların yüngülləşdirilməsi üçün zehni gərginlik,həyəcan,oyanıqlıq zamanı gündəlik sedativ vasitə kimi;

-  Yuxuyagetmənin müvəqqəti çətinləşməsi zamanı.

Əks göstərişlər:

tərkibinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:

böyüklər və 12 yaşdan yuxarı uşaqlar

Yüksək zehni gərginlik,həyəcan və ya oyanıqlıq zamanı gündə 3 dəfə 3 və ya 4 tablet.

Yuxusuzluq zamanı –yuxudan 1 saat əvvəl 3 və ya 4 tablet.

3-12 yaşlı uşaqlar –yalnız həkim nəzarəti altında istifadə olunur.

Yüksək zehni gərginlik,həyəcan və ya oyanıqlıq zamanı gündə 2 dəfə 1 və ya 2 tablet.

Yuxusuzluq zamanı –yuxudan 1 saat əvvəl 1 və ya 2 tablet.

Qida qəbulundan asılı olmayaraq ,su ilə qəbul olunur.


 

Təsiredici maddələr: 35 mq pişikotu köklərinin quru ekstraktı 17,5 mq bədrənc yarpaqlarının quru ekstraktı

Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik selüloza, qarğıdalı nişastası, krospovidon, talk, maqnezium stearat, hipromelloza, natrium karmelloza, povidon, susuz kolloidal silisium 4-oksid, kalsium karbonat, qliserin, saxaroza, sinetik mum, dəmir oksidi, titan 4-oksid.