TİROZOL

TİROZOL

7.26 AZN
Təsviri:5 mq-lıq örtüklü tabletlər:açıq-sarı rəngli,hər iki tərəfdən qabarıq,hər iki tərəfində riskası olan, girdə formalı ,örtüklü tabletlərdir.Kəsikdə:ağ və ya ağımtıl kütlə.
İstifadəsinə göstərişlər:
-  Tireotoksikoz;
-  Tireotoksitozun cərrahi müalicəsinə hazırlıq;
-  Radioaktiv yodla tireotoksitozun müalicəsinə hazırlıq;
-  Latent dövürdə radioaktiv yodun təsirinin müalicəsi.Radioaktiv yodun təsirinin başlanmasına qədər həyata keçirilir (4 -6 ay ərzində).
-  Müstəsna hallarda-ümumi vəziyyətlə və ya fərdi səbəblərə görə radikal müalicənin aparılması mümkün olmadığı hallarda tireotoksikozun uzunmüddətli dəstəkləyici müalicəsi
-  Anamnezdə latent tireotoksikoz.avtonom adenomalar və ya tireotoksitoz olduqda yod preparatları təyin edilən zaman tireotoksikozun profilaktikası.
Əks göstərişlər:0-3 yaş uşaqlarda müalicə üçün tövsiyə edilmir.Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:Tabletləri çeynəmədən ,yeməkdən sonra,çoxlu maye ilə qəbul etmək lazımdır.Gündəlik doza birdəfəyə qəbul edilir və ya iki-üç birdəfəlik dozaya bölünür.Dəstəkləyici dozanı səhər yeməkdən sonra birdəfəyə qəbul etmək lazımdır.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında buraxılır

 

Tərkibi 
Təsiredici maddə:1 örtüklü tabletin tərkibində 5 mq thiamazol vardır.
Köməkçi maddələr:kolloidal silisium 4-oksid,natrium nişasta qlikolyatı,hipromelloza 2910/15,maqnezium stearat,talk,sellüloza,qarğıdalı nişastası,laktoza monohidrat.
Örtük :sarı dəmir oksidi,dimetikon 100 ,makroqol 400,titan4-oksid ,hipromelloza 2910/15.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.