TEOTARD 200 mq

TEOTARD 200 mq

3.76 AZN
Ağ rəngli qranullar ilə doldurulmuş kapsullar .Kapsulun cismi şəffaf tünd-yaşıl rəngli,kapsulun qapağı qeyri-şəffaf tünd-yaşıl rənglidir.
İstifadəsinə göstərişlər:
bronxial astma,xroniki obstruktiv,ağciyərlərin emfizeması zamanı geri dönən bronxoobstruksiyanın müalicəsi və profilaktikası.Xroniki ağciyər ürəyi zamanı ağciyər hipertenziyası.

Mərkəzi genezli tənəffüsün gecə pozulmaları.

Əks göstərişlər
:tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq,hamiləlik,südvermə,epilepsiya,kəskin miokard infarktı,ekstrasistoliya.

İstifadə qaydası və dozası:
Dərman vasitəsinin dozalanması fərdidir.Böyüklərdə 15 mq/kq,uşaqlarda 20 mq/kq gündəlik dozasının aşılması yolverilməzdir.Doza səhər və axşam gündə iki dəfə kimi də təyin oluna bilər amma ki həkim tərəfindən təyin edilərək.

 

Təsiredici maddə:1 kapsulun tərkibində 200 mq susuz teofilin vardır.

Köməkçi maddələr:povidon,talk,amonyak metakrilat sopolimeri,kolloidal silisium 4-oksid,dibutilftalat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.