MONOSORBİD

MONOSORBİD

4.62 AZN
Ağ rəngli,yastı silindirik formalı,iti kənarları və bölünmə xətti olan tabletlər.
İstifadəsinə göstərişlər:

stenokardiyanın profilaktikası,durğunluq,ürək çatışmamazlığı.

Əks göstərişlər:

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası

:Preparat kifayət qədər maye ilə ,yeməkdən əvvəl daxilə qəbul edilir.Məsləhət görülən doza  gündə 2 dəfə qəbul olunmaqla 40 mq-dır.Gündəlik doza  xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ,3 dəfəyə qəbul olunmaqla 160 mq-a çatdırıla bilər.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,orjinal qablaşdırılmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz


Təsiredici maddə:1 tabletin tərkibində 100%izosorbid mononitrata hesablanmış 40 mq izosorbid mononitrat vardır.

Köməkçi maddələr:laktoza monohidrat,qarğıdalı nişastası,kalsium-stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.