DİAZOLİN

DİAZOLİN

0.50 AZN
Ağ və ya praktiki olaraq ağ rəngdə ,yumru formalı,yastı səthin üzərində bölmə xətti olan .iti tərəfli tabletlər.
İstifadəsinə göstərişlər:
mövsümi və allergik rinitin,pollinozun,övrənin,qida və dərmanlar ilə bağlı allergiyanın,dəri qaşınması ilə müşayiət edilən dermatozların müalicə və profilaktikası.

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:
12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1-2 dəfə 100-200 mq dozada yeməkdən sonra təyin edilir.Böyüklər üçün maksimal dozalar birdəfəlik 300 mq,sutkalıq 600 mq.

5-12 yaş uşaqlara gündə 1-3 dəfə 50 mq,3-5 yaş uşaqlara gündə 1-2 dəfə 25-50 mq təyin edilir.

Təsiredici maddə:1 tabletin tərkibində 100% maddəyə nəzərən 50 mq və ya 100 mq mebhidrolin vardır.

Köməkçi maddələr:saxaroza,kartof nişastası,laktoza monohidrat,povidon,kalsium-stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.