BERODUAL

BERODUAL

10.43 AZN
Təsviri:şəffaf ,rəngsiz,suspenziyalaşmış hissəciklərdən azad mayedir.Qoxusu demək olar ki, hiss olunmur
İstifadəsinə göstərişlər:tənəffüs yollarının bronxial astma və xüsusilə emfizema ilə fəsadlaşmış və ya fəsadlaşmamış xroniki obstruktiv bronxit kimi hava axınının dönər məhdudlaşması ilə müşayiət olunan xroniki obstruktiv xəstəliklərinin profilaktikası və müalicəsi .
Əks göstərişlər:Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.Hamiləlikdə əks göstərişdir.
İstifadə qaydası və dozası:Astmanın kəskin tutmalarında 12 yaşında böyük uşaqlarda və böyüklərdə 2,5 ml -ə(50 damcı) qədər yüksək doza təyin olunur.
Yüngül və orta dərəcəli tutmalarda bir çox hallarda 1 ml (20 damcı) tövsiyə olunur.
Xüsusi ağır hallarda tibbi müşahidə altında 4 ml-ə (80 damcı) qədər yeridilə bilər.
6-12 yaşlı uşaqlarda kəskin astma tutmalarında: bir çox hallarda simptomların sürətlə aradan qaldırılması üçün 0,5-1 ml tövsiyə edilir.
Ağır hallarda tibbi müşahidə altında 3 ml-ə (60 damcı) yeridilə bilər.
Tövsiyə olunan doza fizioloji duzlu məhlulla 3-4 ml həcm alınana qədər durulaşdırılır,nebulayzerə tökülür və alınmış məhlul tam istifadə olunana qədər inhalyasiya olunur.
Saxlanma şəraiti:30°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
Tərkibi
Təsiredici maddə:1 ml inhalyasiya üçün məhlulun tərkibində 500 mkq fenoterol hidrobromid və 250 mkq susuz ipratropium bromidə ekvivalent olan 261 mkq ipratropium bromid monohidrat vardır.
Köməkçi madələr:benzalkonium –xlorid,dinatrium-edetat,xlorid turşusu,təmizlənmiş su .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.