SİANOKOBALAMİN

SİANOKOBALAMİN

1.48 AZN
Təsviri: qırmızı rəngli şəffaf maye .
İstifadəsinə göstərişlər:xroniki anmeiyalar,polinevrit,radikulit,nevralgiya , hipotrafiya ,periferik sinirlərin travmaları ,dəri xəstəlikləri ,mədəaltı vəzinin və bağırsağın bədxassəli yeni törəməsi .Stress vəziyyəti və infeksiya ,pəhriz,böyrəklərin patologiyası .
Əks göstərişlər:preparata qarşı yüksək həssaslıq ,laktasiya dövrü .
İstifadə qaydası və dozası:Addison-Birmer anemiyası zamanı 100-200 mkq/gün ;sinir sisteminin funksiyasının pozulması zamanı makrositar anemiyalarda birinci həftə ərzində hər gün,sonra isə 5-7 gündən bir 400-500 mkq /gün,remissiya dövründə ayda 2 dəfə 100 mkq/gün dəstəkləyici doza ,nevroloji hallar olduqda ayda 2-4 dəfə 200-400 mkq .Mərkəzi və sinir sisteminin xəstəliklərində ,nevroloji xəstəliklərdə 2 həftə müddətində 200-500 mkq artan dozalarla günaşırı yeridilir.Periferik sinir sisteminin travmatik zədələnmələrində 40-45 gün müddətində günaşırı 200-400 mkq .
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz
Tərkibi
Təsiredici maddə:1 ml məhlulun (1 ampulun) tərkibində 500 mkq sianokobalamin vardır.
Köməkçi maddələr:natrium-xlorid,inyeksiya üçün su .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.