Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

EPİNEXX 500 mq

37.01 AZN RESEPTLƏ SATILIR
EPİNEXX 500 mq
İstifadəsinə göstərişlər:

epileptik tutmanı müalicə etmək üçün istifadə edilir.

Əks göstərişlər:

tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq

İstifadə qaydası və dozası:
Levetirasetam daxilə qəbul edilir və kifayət qədər su ilə udulur.

O, qida və qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər.

Gündəlik doza iki bərabər hissəyə bölünmüş şəkildə qəbul edilməlidir.

MonoterapiyaBöyüklər və 16 yaşdan yuxarı yeniyetmələr.

Başlanğıc məsləhət görülən doza  gündə iki dəfə olmaqla 250 mq-dır, iki həftədən sonra ilkin müalicəvi doza gündə iki dəfə olmaqla 500 mq-a qədər artırılır.

Sonralar iki həftə keçdikdə klinik cavab reaksiyasından asılı olaraq, doza gündə iki dəfə olmaqla 250 mq da artırıla bilər. Maksimal doza gündə iki dəfə olmaqla 1500 mq-dır.

Əlavə müalicə kimiBöyüklər (≥ 18 yaş) və bədən kütləsi 50 kq və daha çox olan yeniyetmələr (12-17 yaşında)İlkin müalicəvi doza  gündə iki dəfə 500 mq-dır.

Bu doza müalicənin ilk günündən istifadə oluna bilər.

Klinik cavab reaksiyasından və tolerantlıqdan asılı olaraq, doza gündə iki dəfə olmaqla 1500 mq da artırıla bilər.

Dozanın dəyişdirilməsi hər 2-4 həftədən bir həyata keçirilərək, gündə iki dəfə olmaqla 500 mq artırıla və ya azaldıla bilər.

Yaşlılar (65 yaşdan yuxarı)Mümkün böyrək funksiyası pozğunluğunu nəzərə alaraq, yaşlılarda dozanın nizamlanması məsləhətdir.

4-11 yaş arasında olan uşaqlar və kütləsi 50 kq və daha çox olan yeniyetmələr (12-17 yaşında)İlkin müalicəvi doza gündə iki dəfə 10 mq/kq-dır.

Klinik cavab reaksiyasından və tolerantlıqdan asılı olaraq, doza gündə iki dəfə olmaqla 30 mq/kq-a qədər artırıla bilər.

Dozanın dəyişdirilməsi – artırılıb, azaldılması hər iki həftədən bir həyata keçirilməklə doza gündə iki dəfə 10 mq/kq-dan çox olmamalıdır.

Ən aşağı effektli dozası tətbiq edilməlidir.

Həkim doza və bədən kütləsinə əsaslanan ən müvafiq farmasevtik formanı və konsentrasiyanı yazmalıdır.

 

Epineks 500mq

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levetirasetam vardır.

Köməkçi maddələr: titan-4-oksid, sarı dəmir oksidi