ELOKOM-ELECOM

ELOKOM-ELECOM

7.68 AZN
Ağ və ya ağ rəngə yaxın,yumşaq konsistensiyalı,əlavələrsiz bircinsli krem 
İstifadəsinə göstərişlər:

kortikosteroidlərlə müalicəyə yatımlı dəri xəstəliklərində iltihab və qaşınma eleyhinə,damardaraldıcı təsirlərə malikdir.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.Vulqar civzələr,rozasea,perioral dermatit,perianal və genital qaşınma,bakteriya,virus və ya göbələk mənşəli dəri infeksiyaları,vərəm xəstəliyi,sifilis,postvaksinal reaksiyalar olduğu hallarda əks göstərişdir.

İstifadə qaydası və dozası
:

Elakom dərinin zədələnmiş sahələrinin üzərinə nazik qatla gündə 1 dəfə yaxılır.Müalicə müddəti xəstəliyin gedişatından və ağırlığından asılıdır və fərdi müəyyən edilir.Uşaqlarda və böyüklərdə yerli istifadəsi üçün kortikosteroidlər 5 gündən artıq istifadə olunmamalıdır.Preparatın fasiləsiz istifadəsi 2-3 həftədən çox olmamalıdır.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptlə  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.


Təsiredici maddə:1 q kremin tərkibində 1 mq mometazon fuorat vardır.

Köməkçi maddələr:heksilenqlikol,təmizlənmiş su ,fosfor turşusu ,propilenqlikol stearat ,stearil spirti  və setearet -20,titan 4-oksid,oktenilsuksinat nişastanın alüminium duzu,ağ mum,ağ vazelin.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.