KETOTİFEN 1 MQ

KETOTİFEN 1 MQ

0.64 AZN
Ağ rəngli, iysiz və ya zəif iyli, yastı silindirik, faskalı tabletlər .
İstifadəsinə göstərişlər:
Allergik reaksiyaların ,o cümlədən atopik bronxial astmanın,allergik bronxitin ,ot qızdırmasının ,allergik rinitin ,allergik dermatitin ,övrənin allergik konyunktivitin profilaktikası .

Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü,3 yaşa qədər uşaq yaş dövrü .

İstifadə qaydası və dozası:
daxilə yemək zaman ,böyüklərə gündə 2 dəfə 1 mq .Lazım gələrsə gündəlik dozanı 4 mq-a qədər artırmaq olar  .Böyüklər üçün maksimal doza 4 mq/gün.Aydın ifadə olunan sedativ effektin yaranacağı güman edilən pasiyentlərə ketotifen ilk bir neçə gün gecələr 0,5-1 mq təyin edilir.

3 yaşdan böyük uşaqlara :bədən kütləsi 25 q-a qdər olan uşaqlara gündə 2 dəfə (səhər və axşam) 0,5 mq (1/2 tablet) ;

Bədən kütləsi 25 kq-dan yuxarı olan uşaqlara gündə 2 dəfə 1 mq (1 tablet).Bədən kütləsi 25 kq-dan aşağı olan uşaqlarda  4 həftəlik müalicədən sonra müalicəvi effekt kifayət qədər olmazsa,dərman vasitəsinin dozasını gündə 2 dəfə 1 mq-a qədər artırmaq olar .Müalicə müddəti ən az 3 ay.

Qəbulunun dayandırılması tədricən ,2-4 həftə ərzində həyata keçirilir.

Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq ketotifen vardır.

Köməkçi maddələr: kartof nişastası, kalsium-hidrofosfat dihidrat, maqnezium-starat .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.