QİDROKORTİZON 0,1 %

QİDROKORTİZON 0,1 %

0.97 AZN
sarımtıl çalarlı ağ və ya açıq –sarı rəngli məlhəm .
İstifadəsinə göstərişlər:

 
Adi çivzələr, dərinin bakterial infeksiyaları.

 Əks göstərişlər:

Dərinin qeyri-mikrob mənşəli iltihabı və allergik xəstəlikləri (o cümlədən qaşınma ilə müşaiət edilən):
Ekzema
Allergik və kontakt dermatitis
Neyrodermit
Psoriaz
Eritrodermiya
Qoturluq
Həşəratların dişləməsi
Seboreya

İstifadə qaydası və dozası:

Xaricə. Məlhəm dərinin zədələnmiş sahələrinə nazik qatla gündə 2-3 dəfə sürtürlər.
Müalicənin davametmə müddəti xəstəliyin xüsusiyyəti VƏ müalicənin effektivliyindən asılı olaraq, bir qayda olaraq 6-14 gün təşkil edir. Xəstəliyin davamlı gedişi zamani 20 günə qədər uzadıla bilər. Məhdud ocaqlarda effektin gücləndirilməsi üçün okklüzion sarğılar istifadə edilə bilər. 2 yaş və daha yuxarı uşaqlarda məlhəmin istifadəsi zamanı müalicənin ümumi davametmə müddətini məhdudlaşdırmaq lazımdır ki, həftədən artıq olmayaraq və steroidin sorulmasının güclənməsinə gətirib çıxaran tədbirləri (isidici, fiksasiya edici və okklyuzion sarğılar) istisna etmək lazımdır.

Doza həddinin aşılması:

Kəskin doza həddinin aşılması az ehtimal ediləndir, lakin, həddən artıq və ya uzunmüddətli dərman vasitəsinin istifadə zamanı xroniki doza həddinin aşılması, hiperkortisizm əlamətləri: hiperqlikemiya, qlukozuriya, böyrəküstü vəzin qabıq maddəsinin funksiyasının geri dönən ləngiməsi, Kuşinq sindromunun təzahür etməsi ilə müşaiət edilə bilər.

Saxlama şəraiti:

 20 C –dən yuxarı olmayan temperaturda ,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır.



 


Təsiredici maddə: 100 q məlhəmin tərkibində 1 q hidrokortizon asetat vardır. 

Köməkçi maddələr: tibbi vazelin, lanolin, penlaeritril dioleat, stearin turşusu, metilpara-idroksibenzoat, propilpara-hidroksibenzoat - 0.02q, təmizlənmiş su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.