Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BETADiN KREM

5.00 AZN
BETADiN KREM
İstifadəsinə gösdərişlər:

Betadin məlhəmi-yerli istifadə üçün, həmçinin kiçik kəsiklərin və sıyrılmaların və kiçik yanıqların infeksiyalaşmasına qarşı profilaktika üçün istifadə olunan geniş təsir spektrli antiseptik vasitədir. Preparata  dərinin göbələk və bakterial infeksiyalarının, həmçinin yataq yaraları və trofik yaraların infeksiyalarının müalicəsi üçün tövsiyə olunur.

Əks gösdərişlər:

Povidon-yoda və ya köməkçi maddələrdən (bax: “Tərkibi:) hər hansı birinə qarşı allergiya. Qalxanabənzər vəzinin funksiyasının artması zamanı (hipertireoz). Qalxanabənzər vəzinin digər kəskin xəstəlikləri zamanı. Dərinin herpetiformalı iltihabı zamanı (herpetiformalı Dürinq dermatiti). Qalxanabənzər vəzinin xəstəliklərinin terapiyasından və radioaktiv yodun istifadəsilə izotap müayinədən (ssintiqrafiya) əvvəl və sonra.

İstifadə qaydası və dozası:

Bu preparatı təlimatdakı göstərişlərə və ya müalicə həkiminizin və ya əçzaçının təyinatına əsasən istifadə etmək lazımdır. Preparatın istifadəsinə dair əlavə suallarınız yaranarsa həkimə və ya əczaçıya  müraciət edin; Preparat yerli istifadə üçündür. İnfeksiyanın müalicəsi üçün zədələnmiş sahəyə gündə 1 və ya 2 dəfə 14 gündən artıq olmayan müddətdə istifadə etmək lazımdır. İnfeksiyanın praflaktikası üçün ehtiyac olana qədər həftədə bir və ya iki dəfə. Zədələnmiş dərini təmizlədikdən və qurutduqdan sonra Betadin məlhəmini zədələnmiş sahəyə sürtmək lazımdır. İşlənmiş dərini sarğı ilə örtmək olar.

20 q su ilə yuyula bilən məlhəm tərkibində 2 q povidon-yod vardır.