Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DİPROSALİK 30 Q (MAZ)

12.56 AZN
DİPROSALİK 30 Q (MAZ)
İstifadəsinə göstərişlər:

Kortikosteroidlərlə müalicəyə həssas olan aşağıda göstərilən quru və hiperkeratik dermatozların iltihabı simptomlarını azaltmaq üçün: psoriaz, xroniki atopik dermatit, neyrodermait ( xroniki sadə dəmrov), yastı dəmrov, ekzema ( pullu ekzema, əllərin ekzeması, ekzematoz dermatit), dishidroz ( ‘‘vodyanka’’), başın tüklü hissəsinin seboreyalı dermatiti, adi ixtioz və digər ixtioz halları.

Əks göstərişlər:

-Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
-Bakterial, virus ( herpes, suçiçəyi, kəmərləyici dəmrov) və ya göbələk mənşəli dəri infeksiyaları; vərəm, sifilis, postvaksin dəri reaksiyaları.
-Vulqar civzələr, rozasea.
Yaralar, xoralar və selikli qişalarla kontaktda olmamalıdır. Diprosalik preparatı gözlərə düşməməlidir və okklüziv altında istifadə olunmamalıdır.

İstifadəsi qaydası və dozası:

Böyüklərə və uşaqlara məlhəm dərinin zədələnmiş nahiyələrini tam örtməklə, gündə 2 dəfə ( səhər və axşam ) nazik layla yaxılır. Bəzi xəstələrdə kafi  effekt preparatın istifadə tezliyi daha az olduqda da baş verir. Müalicənin davametmə müddəti xəstəliyin ağırlığınavə gedişinə görə müəyyən edilir. Maksimal sutkalıq doza simptomlara nəzarət imkan verən ən kiçik dozaya qədər tədricən azaldılmalıdır.


Təsiredici maddələr: 1 q Məlhəmin tərkibində 0,5 mqbetametazon ( dipropionat şəklində), 30 mq salisil turşusu vardır.

Köməkçi maddələr: duru paraffin, ağ yümşaq parafin.