ESSENSİAL H

ESSENSİAL H

14.90 AZN
Şəffaf sarı məhlul.
İstifgadəsinə göstərişlər:

Qaraciyərin piy degenerasiyası ( o cümlədən, şəkərli diabetdə); kəskin və xroniki hepatitlər, qaraciyər sirrozu, qaraciyər hüceyrələrinin nekrozu, qaraciyər koması və prekoma, qaraciyərin toksiki zədələnmələri; hamilələik toksikozu; əməliyyatönü və sonrası müalicə, xüsusən, hepatobiliar sahədə olan əməliyyatlar zamanı; psoriaz; radiasion sindromu.

Əks göstərişləri:

Dərman vasitəsinin hər hansı komponentinə qarşı yüksək həssaslıq zamanı istifadəsi tövsiyə edilmir.

Bu məhlulun  tərkibində benzyl spirti olduğundan 3 yaşa qədər uşaqların müalicəsində istifadə edilməməlidir.

İstifadə qaydası və dozası:

Həkimin başqa təyinatı olmadığı zaman venadaxili yavaş-yavaş gündə 1-2 ampul (5-10 ml) və ya ağrılı hallarda 2-4 (10-20 ml) ampul yeridilir.

İki ampula tərkibində eyni vaxtda yeridilə bilər. Bir şprisdə digər dərman vasitələri ilə qarışdırmaq olmaz.

Parenteral yeridilmə ilə yanaşı dərman vasitəsinin peroral qəbul ilə tamamlanması tövsiyə edilir.

Təsiredici maddə: soya paxlasının qurudulmuş substansiyasından alınmış fosfotidilxolin, 93% (3-sn-fosfotidil) xolin tərkibli: sinonimləri- “essensial” fosfolipidlər “EPL” -250 mq

Köməkçi maddələr: benzyl spirit-45 mq, dezoksixol turşusu-115 mq, natrium xlorid- 12 mq, natrium hidroksid- 11,5 mq, riboflavin-0,5 mq, A-tokoferol – 0,75 mq, etanol-16,304 mq, inyeksiya üçün su-4543,680 mq.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.