GENFERON (500 000 ME)

GENFERON (500 000 ME)

23.94 AZN

Ağ və ya sarı rəng çalarlı ağ, iti uclu silindrik formalı, uzununa kəsikdə bircins suppozitoriyalar. Kəsikdə hava özəklərinin və ya qıfvarı çuxurların olmasına yol verilir.

İstifadəsinə göstərişlər:
Böyüklərdə urogenital yolun infeksion-iltihabi xəstəlikləri zamanı kompleks terapiyanın tərkibində gential herpes xlamidioz ureaplazmoz mikoplazmız residiv vaginal kandidoiz gardnerellyoz trixomonoz papillomavrus infeksiyası bakterial vaginoz uşaqlıq boyununun eroziyası sevisit vulvovaginit bartolinit adneksit prostatit uretrit balanit balanopostit. Böyüklərdə tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri zamanı kompleks terapiyanın tərkibində kəskin bronxit

Əks göstərişləri:
İnterferon və preparatın tərkibinə daxil olan digər maddələrə qarşı fərdi dözümsüzlük.

İstifadə qaydası və dozası:
1.Qadınlarda urogenital yolun infeksion-iltihabı xəstəlikləri.
1 suppozitoriya (xəstəliyin ağrılarından asılı olaraq, 250 000 BV və ya 500 000 BV və ya 100 000 BV)  vaginal və ya rektal ( xəstəliyinin xarakterindən asılı olaraq) 10 gün ərzində hər gün sutkada 2 dəfə. Uzun sürən formalarda 1-3 ay ərzində həftədə 3 dəfə bir gündən bir 1 suppozitoriya.

Uşaqlıq yolunda güclü ifadə olunan infeksion-iltihabi proses zamanı 1 suppozitoriya 500 000 BV intravaginal yolla və 1 suppozitoriya 100 000 BV rektal yolla gecə, tərkibində antibakterial\funqisid agentlər olan suppozitoriyaqnın uşaqlıq yoluna yeridilməsi ilə eyni zamanda. Qadınlarda hamiləliyin 13-40-cı həftələrində urogenital yolların infeksion-iltihab xəstəliklərinin yerli immunitet göstəricilərinin normallaşdırılması  üçün 10 gün ərzində hər gün sutkada 2 dəfə 1 vaginal suppozitoriya 250 000 BV istifadə edilir.

2. Kişilərdə urogenital yolun infeksion-iltihabi xəstəlikləri.
1 rektal suppozitoriya (xəstəliyin ağırlaığından asılı olaraq, 500 000 BV və ya 100 000 BV) 10 gün ərzində hər gün sutkada 2 dəfə.
3. Böyüklərdə kəskin bronxitin kompleks terapiyasının tərkibində.
1 rektal suppozitoriya (100 000 BV) 5 gün ərzində sutkada 2 dəfə.


Təsiredici maddə: 55 mq +250 000 BV + 10 mq; 55 mq + 500 000 BV +10 mq; 55 mq+ 100 000 BV+ 10 mq dozada 1 suppozitoriyanın tərkibində müvafiq olaraq 250 000 BV vəya 500 000 BV və ya 100 000 BV insan rekombinant interferonu alfa-2b(rçİFN-a2b); 10 mq taurin; 55 mq benzokain vardır.

Köməkçi maddələr: bərk piy,dekstran 60 000, makraqol 1500, polisorbat 80, emulqator T2, natrium hidrositrat, limon turşusu, təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.