LEVOSİN

LEVOSİN

2.65 AZN

Sarımtıl çalarlı ağ rəngdən yaşımtıl və ya kremə oxşar çalarlı ağ rəngədək məlhəm.

İstifadəsinə göstərişlər:
İrinli yaralar (eləcə də qarışıq mikrofloralı infeksiyaya yoluxmuş: yanıqlar, gec sağalan xoralar), yara prosesinin birinci fazasında (irinli-nekrotik).

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, sümük iliyi qaynaranmasının ləngiməsi, kəskin intermittə edici (fasiləli) porfiriya, qlükozo-6-fosfatdehidrogenazanın çatışmazlığı, yeni doğulma dövrü (4 həftəliyədək olan uşaqlarda xloramfenikoluna biotransformasiyası böyüklərlə müqayisədə daha ləng baş verir).

İstifadə qaydası və dozası:
Xaricə istifadə edilir. Preparatın steril tənzif salfetlərinə vurub yaranı onlarla boş şəkildə doldururlar. Şprisdən istifadə etməklə kateter (drena borusu) vasitəsilə irinli boşluqlara daxil edilməsi mümükündür. Bu halda məlhəmi qabaqcadan 35-36 C-dək qızdırırlar. Sarğılar yaranın irinli-nekrotik kütlələrdən tam təmizlənməsinədək hər gün, gündə bir dəfə qoyulur. Böyük yara səthlərində məlhəmin gündəlik dozası xloramfenikola çevirdikdə böyüklərdə 3 q-dan çox; 4 həftəliyədək olan və daha böyük uşaqlarda bədən kütləsinin hər kq-na 50 mq-dən çox olmamalıdır. Məlhəmin 1 sm-də 1,12 mq xloramfenikol vardır. Müalicə müddəti xəstəliyin ağırlığından və gedeçindən asılıdır.

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 10 mq xloramfenikol, 40 mq sulfadimetoksin, 40 mq dioksometiltetrahidropirimidin (metilurasil), 30 mq trimekain hidroxlorid vardır.

Köməkçi maddələr: makroqol-1500 makroqol-400.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.