KLİNDASİN T 1% GEL

KLİNDASİN T 1% GEL

15.54 AZN

Rəngsiz, şəffaf, əlavələrsiz və gözə görünən çöküntüsüz gel.

İstifadəsinə göstərişlər:
Propionibacterium acnes ilə törədilmiş adi civzələr, həmçinin klindamisinə qarşı digər dəri infeksiyaları.

Əks göstərişlər:
Klindamisinə, linkomisinə ya preparatın hər bir komponentinə qarşı yüksək həssaslıq. Kron xəstəliyi, xoralı kolit və ya anamnezdə antibiotiklərlə müalicədən sonra kolit olan xəstələrdə preparatı istifadə etmək olmaz.

İstifadə qaydası və dozası:
12 yaşa qədər uşaqlar:
KlindasinT gelin uşaqlarda istifadəsinin təhlükəsizliyi müəyyən olunmayıb.
Preparatın yaxılmasından sonra əllər yuyulmalıdır.
Yaşlı xəstələr:
Preparatın dozasının dəyişməsinə ehtiyac yoxdur.
Böyüklər 12 yaşdan yuxarı uşaqlar:
Klindasin T 1%-li gel preparatı zədələnmiş sahələrə gündə  2 dəfə nazik layla yaxılır. Müalicənin orta müddəti təxminən 4-8 həftə təşkil edir.

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq klindamisin (fosfsat şəklində) vardır.

Köməkçi maddə: propilenqlikol, izopropanol, təmizlənmiş su, hidroksipropilsellüloza.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə  saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı  olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.