ODESTON

ODESTON

13.26 AZN
Girdə, iki tərəfi yastı, bir tərəfində Ch hərfləri oyulmuş, ağ və ya sarımtıl-ağ rəngli tabletlər.
İstifadəsinə göstərişlər:

-Öd qovucu yolların spastik vəziyyətlərinin, diskineziyaların, dispepsik pozğunluqların köməkçi simptomatik müalicəsi;

-Ağırlaşmamış öd daşı xəstəliyi olan pasiyentlərdə ödqovucu yolların funksional pozğunluqları;

-Öd kisəsindən və ödqovucu yollarda cərrahi müdaxilədən sonrakı vəziyyətlər, həmçinin ödün xaric olması ilə əlaqədar olan anoreksiya, ürəkbulanma, və qəbizlik.

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Dərman vasitəsini həmişə həkim tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır.

Sual və şübhə olduqda həkim və ya əczaçıya müraciət etmək lazımdır.

Şübhə olduqda yenidən həkimə müraciət etmək lazımdır.

Böyüklər üçün tövsiyə olunan doza iki həftə ərzində gündə 1 dəfə yemək qəbulundan yarım saat əvvəl 200 mq-400 mq daxilə qəbul edilir.

Tabletləri yarıya bölmək tövsiyə edilmir.

Odeston preparatının təsirinin çox güclü və ya zəif olmasına şübhə yarandıqda həkimə müraciət etmək lazımdır.

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq himekromon vardır.

Köməkçi maddə: kartof nişastası, jelatin, natrium laurilsulfat, maqnezium searat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.